Azərbaycan Bayrağı ilə Ginnes rekordunu təzələyib
Dövlət Bayrağı Meydanındakı bayraq eni və uzunluğu ilə dünyanın ən böyük bayraqları sırasına daxil edilib
Dövlət Bayrağı Meydanında ucaldılan Azərbaycan Respublikasının Dövlət Bayrağı beynəlxalq ekspertlər tərəfindən ölçülərək Ginnesin Rekordlar Kitabına daxil edilib.
Ginnesin münsifi və ekspertlərin apardığı ölçmələrə əsasən, meydandakı bayraq eni 40 metr, uzunluğu isə 80 metr olaraq qeydə alınıb. Ötən ilin noyabrında bu göstəricilər 36 metr en və 72 metr uzunluq təşkil edirdi. Bayraq dirəyinin hündürlüyü 201,191 metr, pyedestal üzərindəki diametri 5,7 metr, çəkisi isə təxminən 1500 ton olaraq müəyyən edilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.