Avropa İttifaqında əmək haqqı
Aİ ölkələrində orta illik əməkhaqqı 39 min avronu keçsə də, ölkələr arasında ciddi fərqlər qalmaqdadır
Avropa İttifaqı ölkələrində bir işçiyə düşən orta illik əməkhaqqı 39 808 avro təşkil edir. Ən yüksək göstərici Lüksemburqda qeydə alınıb – bu ölkədə orta illik əməkhaqqı 82 969 avroya çatır.
Lüksemburqla yanaşı, daha beş Avropa ölkəsində – Danimarka, İrlandiya, Belçika, Avstriya və Almaniyada bir işçiyə düşən orta illik gəlir 50 min avrodan artıqdır.
Əksinə, ən aşağı göstəricilər Şərqi və Cənub-Şərqi Avropa ölkələrində müşahidə olunur. Belə ki, Bolqarıstanda orta illik əməkhaqqı təxminən 15 min avro təşkil edir. Yunanıstan və Macarıstanda isə bu rəqəm 20 min avrodan aşağı səviyyədə qalır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.