Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Avrasiya Xartiyası üzrə yeni diplomatik proses başlayır

Rusiya, Belarus, İran, Şimali Koreya və Myanma inklüziv məsləhətləşmələrə start vermək barədə razılığa gəlib

107

Rusiya, Belarus, İran, Şimali Koreya və Myanma Avrasiya Xartiyasının hazırlanması ilə bağlı məsləhətləşmələrə start vermək barədə ortaq qərara gəliblər. Söhbət sənəd üzrə açıq və əhatəli dialoq mexanizminin formalaşdırılmasından gedir.

Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin TASS-a verdiyi məlumata görə, tərəflər bu təşəbbüsü regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində mühüm addım kimi qiymətləndirirlər.

Qeyd edək ki, “XXI əsrdə Avrasiya üçün müxtəliflik və çoxqütblülük Xartiyası” ideyası ilk dəfə 2023-cü ilin oktyabrında Minskdə keçirilən I Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransı zamanı gündəmə gətirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.