Browsing author

Zəminə Ədilova

“Yarat… İnkişaf Et… Töhfə Ver…”

Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycan və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə “Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər üçün Xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Education HUB tərəfindən icra olunan “Yarat… İnkişaf Et… Töhfə Ver…” layihəsinin Mingəçevir Gənclər Evində keçirilən təlimləri başa çatıb. Beş gün davam edən təlimlər zamanı iştirakçılar […]

Xocalı faciəsi rəsmlərdə

Mingəçevir Gənclər Evi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olan Xocalı faciəsinin 28-ci ildönümünə həsr olumuş rəsm sərgisi keçirilib. Sərgidə Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı Tofiq Əsgərov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev, könüllülər, şəhər gəncləri […]

Gənclər Evində dəyirmi masa

Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan dəyirmi masa keçirilib. Açılış zamanı Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.  Dəyirmi masada çıxış edən müəssisənin dərnək rəhbərləri Aytac Abdullayeva və Samrin Xanlayev gənclərə Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verib, erməni silahlı […]

“Xocalıya Könüllü Gedək”

Mingəçevir regional “ASAN xidmət” mərkəzi və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı, Mingəçevir Dövlət Universiteti və şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan “Xocalıya Könüllü Gedək” mövzusunda seminar keçirilib. Seminarda Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Mingəçevir regional “ASAN xidmət” mərkəzinin direktor müavini Elşən Əliyev, Mingəçevir Dövlət […]

“Yaşıl Nöqtə” layihəsinin təlimlərinə start verilib.

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində keçirilən təlimdə layihə rəhbəri Ruziyyə Mustafabəyli iştirakçılara layihənin məqsəd və vəzifələri barədə məlumat verib. Sağlam ətraf mühit ideyasının təbliğ olunması, yeniyetmə və gənclərin ekoloji maarifləndirilməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşən layihə rəhbəri yeniyetmə və gənclərin ətraf mühitin mühafizəsində iştirakının artırılması, fasiləsiz ekoloji təhsilin təmin olunmasının əsas məqsədləri olduğunu qeyd […]

“Öz Biznesinə Başla və Təkmilləşdir”

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə Avropa İttifaqı və qismən BMT İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən, Data HUB MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən icra olunan “Qadınların Səsinin Aşkarlanması” təşəbbüsü çərçivəsində “Öz Biznesinə Başla və Təkmilləşdir” Proqramının təlimləri keçirilib. Təlim zamanı qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, qadın məşğulluğunun və tələb olunan bilik və […]

“Biz gənclərə nəsə təklif etmədən öncə özümüzü onların yerinə qoyuruq”

-Tural müəllim, 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd edilir. Gənclər sektorunda çalışan bir şəxs kimi Mingəçevir gənclərinin aktivliyini necə dəyərləndirirsiniz? – Azərbaycan gənclərə göstərilən diqqət və qayğıya görə nəinki qonşu ölkələrdən, o cümlədən Avropa ölkələrindən fərqlənir. Hətta mən deyərdim ki, bu sahədə qat-qat üstün mövqe nümayiş etdirir. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 […]

İcra başçısı gənclərə sadəcə diplom almağın deyil, alacaqları ixtisası mükəmməl şəkildə öyrənməyin vacib şərt olduğunu bildirib

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər Günü ərəfəsində  “Gənclərin şəxsi inkişaf və karyera  məktəbi”  proqramının icrasına başlanılıb. Proqramın açılışında gənclər, könüllülər, media nümayəndələri və müxtəlif qurumların əməkdaşları iştirak edib. Proqramın ilk qonağı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov olub. 2 fevral Gənclər […]

Mingəçevirdə “Region Könüllülərinin İnkişaf Forumu” keçirilib

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı, Mingəçevir Dövlət Universiteti, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Mingəçevir Regional ASAN Xidmət Mərkəzinin tərəfdaşlığı ilə “Region Könüllülərinin İnkişaf Forumu” keçirilib. Forumdan əvvəl gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə qarşısına gül qoyaraq hörmət və ehtiramlarını bildiriblər. Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha […]