Browsing author

Yeganə Nəbiyeva

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “YAŞAT” Fonduna 200 min manat ianə edib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-i Vətən müharibəsində iştirak edən şəhidlərimizin ailələrinə və yaralananlara dəstəyini bildirərək “YAŞAT” Fonduna 200 min manat məbləğində vəsait köçürüb. Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il […]

Elektron Hökumətin İnkişaf Mərkəzi “Rəqəmsal Jurnalistikaya Doğru” proqramının növbəti mərhələsinə start verdi

Elektron Hökumətin İnkişaf Mərkəzi (EHİM) “Rəqəmsal Jurnalistikaya Doğru” proqramını ilk dəfə bu ilin iyun ayında gerçəkləşdirmişdi. O zaman bütün müraciət edən KİV təmsilçiləri üçün iştirak etmək imkanının mümkün olmadığını nəzərə alan təşkilat dekabrın 8-dən proqramın növbəti mərhələsinə start verib. Qurumun nümayəndəsi Xəyalə Fətullayevanın dediyinə görə, məqsəd media mənsublarını jurnalistika sahəsində baş verən yeniliklər və trendlərlə […]

Gözümüz üstündə yerin var, Samir

Noyabrın 27-də Azərbaycan bayraqları ilə bəzədilmiş bir neçə maşın Mingəçevirə, Ü.Hacıbəyov küçəsindəki 78 saylı binanın qarşısına gəldi. Onların səs siqnalları ətrafdakı insanların da məhəlləyə yaxınlaşmasına səbəb oldu. Yaralı halda maşından enən 28 yaşlı Samir Tacızadəni alqışlarla, sevinc yaşları ilə dostları, ailəsi, ata-anası, qohum-qonşuları, əzizləri əhatəyə aldılar. Onun ayaqları altında qurban kəsildi. Hamı valideynlərinə gözaydınlığı verirdi. […]

Qarabağda müharibə dayandırıldı

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı. – Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik: 1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan […]

Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu daha 48 kəndi, 1 qəsəbəni və 8 strateji yüksəkliyi işğaldan azad edib

Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız […]

Səkkiz kəndimiz işğaldan azad olundu

Prezident Tvit paylaşdı: Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Cəbrayılda “Gültəkin” əməliyyatı

Cəbrayıl şəhərini azad etmək uğrunda qızğın döyüş gedir. Birazdan şəhərə girəcəyik. 5 dəqiqə fasilə vermişik ki, özümüzə gələk. Hamımız ölümü gözə almışıq. Bilirik ki, burdan sağ çıxmamaq da var. Dostlarla halallaşdıq, bir-birimizə vəsiyyətlərimizi etdik. Dedim son dəfə evdəkilərdən danışım, səslərin eşidim. Nə isə yoldaşlardan prostoy telefonu alıb evi yığdım. Telefonda diktofondadı hamı eşidir. Mamam götürdü. […]

Məryəm Məcidova: “Biz uşaqlıqdan Qarabağ mahnılarıyla böyümüşük. Eyni zamanda Qarabağın acısını çəkmişik”

Oktyabrın 15-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası  (NAYORA) Mingəçevirli gənclərlə görüşüb. Onlarda vətənpərvərlik ruhu aşılamaq yönündə söhbətlər aparılıb, məcburi köçkün ailələrindən olan gənclərdən müsahibələr alınıb. 133 gənclər təşkilatını özündə birləşdirən Milli Şuranın sədri Məryəm Məcidova Goranboy, Naftalan, Gəncə və Mingəçevir gənclərini ziyarətə gəldiklərini və bölgələrdə gənclərlə ruhlandırıcı görüşlər keçirib, onlara mesajlar vermək istədiklərini deyib:  […]

Mingəçevir şəhidlərini son mənzilə yola saldı

Sentyabrın 28-də Mingəçevirdə orduya dəstək aksiyası keçirilib. On minlərlə insan Azərbaycan ordusunun dünəndən bəri düşmənə qarşı əks həmlə hücumu nəticəsində işğal altında olan torpaqlarımızı azad etməsindən məmnunluğu əks etdirən şüarlar səsləndirib. Onlar Ali Baş komandanın rəhbərliyi altında qələbə qazanılacağını, tezliklə Kəlbəcərdə, Xankəndində, Şuşada və Qarabağdakı digər  ərazilərimizdə Azərbaycan bayrağının dalğalanacağına inandıqlarını bildiriblər. Eyni zamanda aksiya […]

Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi sənədli film çəkib

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllim kollektivi 18 sentyabr – Milli Musiqi Günü münasibətilə sənədli film çəkib. Film dünya şöhrətli azərbaycanlı bəstəkar, dramaturq, pedaqoq, Azərbaycan milli musiqisinin inkişafında misilsiz xidmətləri olan ictimai xadim Üzeyir Hacıbəylinin həyat və fəaliyyətinə həsr olunub. Sənədli filmin ərsəyə gəlməsində məktəbin müəllimləri iştirak […]