Browsing author

Yeganə Nəbiyeva

Dünya gülüşünüzlə bəzənsin

Mingəçevir Uşaq – Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi tədbir dərnək üzvlərinin “Dostluq” parkında asfalt üzərində çəkdikləri rəsmlərə baxışla başladı. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və hüquq-mühafizə orqanlarının rəhbərləri uşaqların ürək sözlərini dinlədilər. Bayram şənliyi parkdakı yay səhnəsində davam etdi. Burada qazi və şəhid ailələrinin uşaqları üçün konsert proqramı düzənləndi. İH-nın başçısı İ.İsmayılov qazi və şəhid […]

Mingəçevir Turizm Kolleci 501 məzununa yaşıl işıq yandırdı

Mayın 31-də Mingəçevir Dövlət Dram Teatrında Mingəçevir Turizm Kollecinin məzun gecəsi keçirilib. Tədbirdə tələbə və məzunlarla birgə ictimaiyyət, media nümayəndələri və qonaqlar iştirak edib. Azərbaycanın  Dövlət Himnindən sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu anılıb. Aparıcılar məzunları zala dəvət ediblər. Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov rəhbərlik etdiyi təhsil ocağının yarandığı gündən (2006-cı il) indiyədək […]

Uşaqlar səmaya sülh rəmzi olan göyərçinlər uçurublar

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə Dövlət Rəsm Qalereyasının qarşısında 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü münasibətilə tədbir keçirib. Tədbirdə regional idarənin rəisi Vəsilə Möhsümova, Bərdə rayon İcra Hakimiyyətinin başçısı, Hüquq Mühafizə orqanlarının rəhbərləri, Bərdə və Tərtər, Mingəçevir və Yevlaxdan olan mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.  Tədbirdə 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü münasibətilə […]

Biz dəyişiklik toxumunu səpə bildik

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci ilin fevral ayının əvvəlindən başlayaraq, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə ECSOFT proqramı çərçivəsində “Valideynləri məktəbin idarəçiliyinə cəlb edək” layihəsini həyata keçirir Biz layihənin planına uyğun olaraq, fevral ayı ərzində 4 məktəbin 105 valideyni arasında  “Təhsilin idarə olunmasında valideynlərin rolu” barədə ənənəvi sorğular keçirdik. Sorğuda 10 əsas suala […]

Regional idarənin rəisi Mingəçevir şəhər Dövlət Rəmzləri muzeyində olub

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova muzeyin fəaliyyəti ilə yaxından olmuş, orada sərgilənən ayrı-ayrı dövrlərə uyğun Azərbaycan xəritələri, Orta Əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, Orta Əsr Azərbaycan dövlətlərinin və xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar ilə yaxından tanış olmuşdur. Muzeyin eksponatları arasında Azərbaycan Orta Əsr əsgərlərinin döyüş […]

Bərdədə “15 May – Beynəlxalq Ailə Günü” mövzusunda tədbir keçirilib

Tədbirdə rayon İcra Hakimiyyəti, Bərdə Regional Mədəniyyət İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi, YAP Bərdə rayon Təşkilatı, Asan-xidmət və digər dövlət orqanlarının kollektivi, gənc, nümunəvi və yaradıcı ailələr iştirak edib. Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova iştirakçıları salamlayaraq qeyd edib ki, BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən […]

“Prezident kuboku-2022” reqatasına start verildi

Mayın 5-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku-2022” reqatasının açılış mərasimi olub. Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistan idmançılarının qatıldıqları mötəbər tədbir Mingəçevirdə idmançıların təntənəli paradı ilə başlayıb. Onlar,  istifadə etdikləri  qayıqlar və Qarabağ atları Heydər Əliyev prospekti boyunca irəlilədikcə on minlərlə şəhər sakininin […]