Browsing author

Yeganə Nəbiyeva

Bərdədə 27 sentyabr-Anım Günü qeyd edilib

Bərdə Regional Mədəniyyət İdarəsi Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq 27 sentyabr – Anım Günü  tədbiri keçirilib.  Baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi hörmətlə anılıb. Əllərində üçrəngli Azərbaycan bayrağı və şəhidlərin şəkillərini tutmuş tədbir iştirakçıları dövlətimizə və ordumuza dəstək […]

Səyyari görüşdə hansı problemlər qabardıldı?

Sentyabrın 9-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mikayıl Müşfiq küçəsinin sakinləri ilə görüşüb. Görüşdə İH aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlham İsmayılov deyib ki, ölkə Prezidentinin tapşırığı ilə keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini öyrənməklə, onların həllinə çalışmaqdır. Başçı Qarabağda və Azərbaycanın hər regionunda aparılan abadlıq […]

Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkilər keçirilib

Avqustun 27-də Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkilər keçirilib.  Prosesə 13 namızəd (mediadan 2, QHT-lərdən 9 və məhəllə komitələrindən 2 nümayəndə) qatılıb. Onlar 7 yer uğrunda mübarizə aparıblar. Saat 10-da başlayan və 12-də bitən seçkidə 143 nəfər səs verib. 2 bülleten istifadə olunmamış qalıb. Səssaymadan sonra nəticələr elan olunub: Cəfərov Oktay İsa oğlu (“Qarabağ Əlillərinə […]

Cənab leytenant qızının dünyaya gələcəyini gözləyirdi…

İki ay sonra Zərifənin bir yaşı olacaq. Avqustun 13-də isə atasının şəhidliyə ucalmasından bir il keçdi. 2021-ci il avqustun 13-də Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak oldular. 1997-ci ildə doğulmuş Eldar […]

Mingəçevirdə 800 nəfərin ailəsinə qurban payı göndərilib

İyulun 9-da səhər 9 radələrində Mingəçevirin Sağ sahil qəsəbəsindəki kəski məntəqəsinin qarşısına ictimaiyyət nümayəndələri toplaşıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Qurban bayram münasibətlə təbriklərini çatdırıb. Heydər Məscidinin imamı dua oxuduqdan sonra qurbanlıq üçün seçilən heyvanların kəsiminə başlanıb. Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyevin dediyinə görə, İcra Hakimiyyətinin təşəbbüsü və Bələdiyyənin maliyyə vəsaiti ilə  gerçəkləşən mərasimin […]

Bərdədə Qarabağın tacı olan Şuşa musiqiylə xatırlanıb

Bərdə rayonunun uşaq musiqi və incəsənət məktəblərində “Şuşa İli” ilə bağlı tədbirlər davam edir. Növbəti tədbir Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbində reallaşıb. “Qarabağın tacı Şuşam” adlı tədbirdə regional idarənin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, məktəbin müəllim və şagirdləri iştirak ediblər. Öncə tədbir iştirakçıları “Şuşa İli”nə həsr edilmiş rəsm sərgisinə baxış keçiriblər. Tədbir Azərbaycanın […]

Yevlax şəhərində “Şuşa ili”

Ölkəmizdə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. Bu kimi tədbirlərdən biri də Yevlax şəhərində baş tutub. Tədbir çərçivəsində Yevlax rayon Aşağı Qarxun kənd Uşaq musiqi məktəbinin yaradıcı kollektivi tərəfindən maraqlı və yaddaqalan konsert proqramı təqdim olunub. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından […]

Misri qılınclar Mingəçevirdə

Iyunun 8-də Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir Nümayəndəliyinin təşkilatçılığı ilə Mingəçevirdəki   Heydər Əliyev Mərkəzində  “Ulu Gəncənin sənət inciləri” adlı yaradıcılıq sərgisi açılıb. Sərgidə bədii metalişləmə mütəxəssisi,  Azərbaycanın Əməkdar rəssamı Mübariz Əkbərov, heykəltaraş, Azərbaycan Rəssamlar İttifaqının üzvü Camaləddin Rüstəmov və ağac oyma ustası,  Azərbaycanın  Əməkdar rəssamı Saləddin Məhərrəmovun əl işləri nümayiş olunur. İki gün davam edəcək […]

Bərdədə “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı konfrans keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsinin Mədəniyyət Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi […]

Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr genişlənir

2-4 iyunda keçirilən Incsos Qarabağ Beynəlxalq Sosial Elimlər Konqresi tur cədvəli çərçivəsində Türkiyə Respublikası Düzcə Universiteti Siyasi Elmlər Fakültəsinin dekanı, Professor-Doktor Ayfer Gedikli Azərbaycanda qonaq olub. Ayfer Gedikli iyunun 3-də Bərdə Regional Mədəniyyət İdarəsində olub. Görüş çərçivəsində o, Bərdə Regional Mədəniyyət İdarəsinin fəaliyyəti ilə yaxından tanış olub və əməkdaşları ilə görüşərək öz təəssüratlarını bölüşüb. Regional […]