Browsing author

Yeganə Nəbiyeva

Mingəçevirin 74 yaşı bu payıza gözəllik qatdı

Noyabrın 11-də şəhər günüylə bağlı bayram tədbiri səhər saatlarından başlayıb.  Ulu öndərin abidəsini ziyarət edən tədbir iştirakçıları sonra Heydər Əliyev  prospektində Zəfər Günü şərəfinə salınmış parkın açılışında iştirak ediblər. Burada ictimaiyyət nümayəndələri ilə görüşən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov son illər şəhərdə aparılan abadlıq və yenidənqurma işləri haqqında məlumat verib. O, Mingəçevirdə 30-a qədər küçə […]

“Şəhidin təzəsi, köhnəsi olmaz!”

Azərbaycanın Silahlı Qüvvələrinin Qarabağı erməni qəsbkarlarından azad etməsinin ikinci ildönümü ilə bağlı respublikamızın hər yerində olduğu kimi Mingəçevirdə də silsilə tədbirlər keçirilib. Bu görüşlərdə minlərlə insan iştirak edib. Bütün tədbirlərdə Birinci Qarabağ savaşı, Aprel döyüşləri və İkinci Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları hörmətlə anılıb, qazilərə sağlıq dilənib. Noyabrın 4-də Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham […]

Mingəçevirdə nərd yarışı keçirilib

Oktyabrın 29-da Mingəçevir Bələdiyyəsinin akt zalında Qarabağda Zəfərimizin ikinci ildönümünə həsr olunmuş nərd turniri keçirilib. Tədbirin təşkilatçısı “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Mingəçevir şəhər filialı olub.  Təşkilatın sədri Əlağa Bəndalıyev deyib ki, tədbir Mingəçevir İcra Hakimiyyəti və Bələdiyyə ilə razılaşdırılıb:  “Məqsədimiz ağsaqqallarla gənclər arasında əlaqələri genişləndirmək, asudə vaxtın təşkili və […]

YAP-ın 30 illiyi şərəfinə Mingəçevirdə mini futbol yarışı keçirilir

Oktyabrın 15-də “Kür” Olimpiya Tədris İdman Mərkəzinin zalında mini Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə mini futbol yarışı start götürüb. İlk olaraq Dövlət Himni səslənib. Bundan sonra şəhidlərimiz yad olunub. YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev,  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Vətən müharibəsində xalqımızın birliyi və iğidlərimizin rəşadətindən danışıb, idmançılara […]

“Kür” OTİM-in qarşısında qəza nəticəsində iki qadın ağır yaralandı

Bu gün, oktyabrın 15-də saat 10 radələrində  “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında ağır nəticələrə səbəb olan yol qəzası baş verib. Hadisə yerində olan müxbirimizin verdiyi məlumata görə, 99 CB 991 nömrəli KİA markalı nəqliyyat vasitəsi  66 BX 906 nömrəli VAZ markalı maşını, sonra isə yolu keçmək istəyən iki qadını vurub. Hər iki piyada ağır [...]

Musiqi müəllimləri “Arşın mal alan”a yeni ruh verdilər

Oktyabrın 4-də Mingəçevir Dövlət Dram Teatrının səhnəsində “Arşın mal alan” operattası oynanıldı. Bu dəfə rolları teatrın aktyorları deyil, dahi Üzeyir Hacıbəylinin adını daşıyan musiqi məktəbinin müəllimləri ifa etdilər. “Şuşa ili”nə həsr edilən tamaşanı mingəçevirlolərlə bərabər Bakı, Gəncə, Yevlax, Bərdə, Tərtər və Ağdaş rayonlardan dəvət olunmuş mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri də izlədilər. Operettanın süjeti sadə […]

“Kürü keçək” devizi altında peşəkarlar və həvəskarlar güclərini sınadılar

Oktyabrın 1-də Azərbaycan Gənclər və İdman Nazirliyi və Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə  Mingəçevirdə  “Kürü keçək” devizi altında peşəkar və həvəskarlar arasında açıq havada üzmə yarışı keçirilib.  “Bu, respublikada ikinci böyük tədbirdir. Birinci dəfə “Xəzər dalğası” devizi altında Bakı şəhərində, ikinci dəfə isə Mingəçevir şəhərində, Kür çayı üzərində təşkil olunur. Məqsəd üzgüçülük idman növünün təbliği, […]

Anar Quliyev: “Biz tamaşaçısız yaşaya bilmirik”

Sentyabrın 30-da Mingəçevir Dövlət Dram Teatrının səhnəsində Dario Fonun “Rəngsazların xatirələri yoxdur” (klounlar üçün fars) adı ilə yeni tamaşanın təqdimatı baş tutdu. Teatrın direktoru Anar Quliyevin tərcüməsində baş rejissor Vüsal Mehrəliyev əsərə özünəməxsus yanaşması ilə fərqli quruluş verə bildi. O, personajlarını klounlara çevirərək, problemi tamaşaçıya daha rahat yolla-yumorla çatdırmağa nail oldu. Əsərin süjeti ciddi və […]

“Azəriqaz” nümayəndələri evlərinizə gələcək: qaz xətləri və cihazlarına baxış keçirmək üçün

Sentyabrın 28-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura KOBİA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) yerli nümayəndəliyi ilə birgə Mingəçevirdə qaz xidmətinin vəziyyətini müzakirəyə çıxarıb. Şura sədri Fərman Nəbiyev iclası açaraq, bildirib ki, məqsəd şəhərdə bu sahədə yaranan problemlərə diqqəti çəkmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqdır: “Xüsusən şəhərin Axundov küşəsində və […]

Mingəçevirdə şəhidlərin xatirəsi silsilə tədbirlərlə yad olundu

Sentyabr 27-də Mingəçevirdə Anım Günü ağacəkmə kampaniyası ilə başlayıb. Mingəçevir şəhər  İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən aksiyaya idarə və müəssisələrin kollektivləri  həvəslə qoşulublar.  Gün ərzində şəhərin  müxtəlif  ərazilərində  600-dək ağac əkilib. Heydər Əliyev prospektində,  “Kür” komputer zavodunun arxasındakı ərazidə Zəfər günü şərəfinə salınan yeni parkda isə 100 ağacdan birini Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham […]