Browsing author

Yeganə Nəbiyeva

Uşaq İncəsənət məktəbində Heydər Əliyevin 100 illik yubileyinə konsert təşkil olunub

Mayın 5-də Mingəçevir Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert  təşkil olunub.  Tədbirdə ulu öndərin həyatı və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan konsertdə məktəbin “Banu” rəqs  qrupu və  vokal qrupu, müəllim və şagirdləri fortepiano, qarmon, saz  və  tarda […]

Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində H. Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Mayın 5-də Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert təşkil olunub.  Qonaqların arasında İcra Hakimiyyəti və  YAP Mingəçevir şəhər təşkilatının nümayəndələri, məktəb direktorları, MDDT-nın əməkdaşları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Məktəbin şagirdlərinin ifasında səslənən Azərbaycan Dövlət himnindən sonra tədbirin aparıcısı Zeynəb Həmidova […]

Tamaşaçıları valeh edən əsərlər

Martın 7-də Mingəçevir Dövlət Rəsm Qalereyasında həvəskar rəssam Sədaqət Həsənovanın “Mənim rəng duyğularım” adlı yaradıcılıq sərgisi keçirilib. Sərgidə xanımın son üç ildə akrillə işlədiyi mənzərə, natürmort  və portretlər yer alıb. Sərginin müəllifi Sədaqət Həsənova Azərbaycan Dövlət  Heft Akademiyasının məzunudur.  Dediyinə görə, heç vaxt ixtisası üzrə işləməyib: “Əvvəldən tikmə, rəsm çəkmək mənim üçün maraqlı sahələr olub. […]

Ulu öndərin əziz xatirəsi anılıb

Martın 7-də Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Məktəbin direktoru Vüsal Məmmədov Prezident İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev ili” elan etdiyini və Azərbaycanın hər yerində silsilə tədbirlər keçirildiyini xatırladıb. O, ulu öndərin Azərbaycan tarixində görkəmli yer tutduğunu, xalqı və vətəninin gələcəyi […]

“Bəlkə bir gün qayıdar”

“Ailəmizdə bir bacı və beş qardaş idik. Rövşən sonbeşiyimiz idi. Buna görə də hamımız onu lap çox istəyirdik”. Bu sözləri Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin tar müəllimi Əlfidar Məmmədov deyir. Və əlavə edir ki, 1987-ci ildə Rövşənlə onu eyni vaxtda həqiqi hərbi xidmətə çağırıblar: “Onda mən Şəki Musiqi Kollecinin ikinci kursunda oxuyurdum. Kollecdən iki […]

Mingəçevir 2023-cü ildə “Gənclər Paytaxtı” seçildi

2 Fevral Gənclər Günü Mingəçevir gəncləri üçün ikiqat bayrama çevrildi. Bu gün Heydər Əliyev mərkəzində nizamlanan tədbirdə şəhərə “Gənclər Paytaxtı”nın rəmzi açarı təqdim olundu. Tədbirdə iştirak edən qonaqlar şəhər ictimaiyyətinin sevincinə şərik oldular. Tədbirdə Azərbaycanın Respublikasının dövlət himnindən sonra torpaqlarımızın azad olmasında şəhid olanlar sükutla anıldı. Milli Məclisin sədrinin birinci müavini, millət vəkili Əli Hüseynli […]

Qazilər müharibənin acı günlərini təkrar yaşadılar

“Əsgər şəhidlik zirvəsinə ucalır. Qazi isə müharibənin travmasını, mərmidən  aldığı yarasını, ağrı-acıları ömür boyu canında və yaddaşında daşıyır. “Bu elə bir hisdir ki, ondan xilas olmaq çətindir”-deyir qazilər.   Mingəçevir şəhərindən İkinci Vətən müharibəsində 1030 nəfər iştirak edib. Onlardan 51-i şəhid olub, 120 nəfər yüngül yaralanıb, 35 nəfər isə müxtəlif dərəcəli əlillik statusu alıb. Odun-alovun içindən […]

“Dost ola bilməsək də an azından düşmənçiliyi yığışdıraq”

Baş leytenant Teymur Əhmədov: Təbii ki, müharibə ağir bir şeydir. Müharibə itkisiz baş vermir. Hər bir tərəfdən dövlətə mənfi təsir göstərir. İqtisadiyyatı çökdürür, dövlətin büdcəsinə də ziyandır. Bir günün müharibəsi küllü miqdarda vəsait hesabına başa gəlir. Müharibə ekoloji problemlər yaradır. Atılan mərmilər insanları, fauna və floranı məhv edir. Müəyyən xəstəliklər ortaya çıxır. Sülh siyasi müstəvidə […]

Banklar sahibkarların SİF kreditlərinə əlçatanlığı təmin edəcəkmi?

Noyabrın 25-də Mingəçevir Gənclər Evində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və KOBİA sahibkarlarla görüş keçirib. Məqsəd kiçik və orta bizneslə məşğul olan şəxsləri güzəştli kredit şərtlərindən yararlanmağa təşviq etmək, yeniliklər haqda məlumat vermək olub. İş adamları bankla müştəri arasında olan münasibətlərdən, xüsusən bank faizlərinin yüksək olmasından danışıblar. Tədbiri Mingəçevir İcra Hakimiyyətinin məsul işçisi İlqar Pirməmmədov […]

Yevlax bölgəsi üzrə şöbə Mingəçevirdə maarifləndirmə tədbiri keçirib

Noyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir” mövzusunda seminar keçirilib. Tədbirdə ekspertlərlə yanaşı kollecin müəllim və tələbə kollektivi iştirak edib. DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev, şəhər […]