Browsing author

Yeganə Nəbiyeva

“Şəhidlər” ölmür

Məktəbin direktoru Anar İsmayılov tədbiri açıb: “Çox az halda xalqın qəhramanlıq salnaməsi ilə faciələri üst-üst düşür. Məhz 20 Yanvar gecəsində soydaşlarımızın qəhrəmanlığı ilə fasiəsinin şahidi olduq. Azadlıq uğrunda cəsarətli oğullarımız ordunun qarşısına əli yalın çıxdılar. Bu bizim müstəqilliyimizə aparan ilk addımlarımız oldu”. Faciə qurbanlarını sükutla yad edən tədbir iştirakçıları Azərbaycan Dövlətinin Himnini ifa ediblər. Həmin […]

25 yaşlı qanlı yanvar

Yanvarın 17-də Uşaq Yaradıcılıq Mərkəzində faciə günüylə bağlı mərasim keçirilib. 20 Yanvar şəhidlərinin ruhu anılıb. Mərkəzin direktoru Ədalət Quliyeva Azərbaycanın başı üstündən qara buludların çəkilməsini arzuladığını deyib: “Artıq 25 ildir biz dua edəndə can sağlığımızdan öncə deyirik “Vətən sağ olsun”. Bugün matəm deyil. Biz azadlıq carçılarının şəhid ruhlarını yad etməyə yığışmışıq. Tezliklə bu qan-qada sona […]

Hər işdə bir xeyir var

“Bəli, bu seçkini də beləcə yola verdik”. Son zamanlar seçki ilə bağlı müşahidələrimi yazmağa başlayanda bu fikir keçir ağlımdan. Bir neçə il müşahidəçi qismində seçkiləri izləmişəm. MnSK sədrinin saat 19.00-a az qalanda saxta bülletenleri seçki qutusuna salmağa macal tapmamasının və necə təlaş keçirdiyinin dəfələrlə şahidi olmuşam. Dairə Seçki Komissiyasından tez-tez gələn zənglərə: “Yaxşı, çalışırıq. İmkan […]

İsrailin Azərbaycandakı səfiri Rafael Harpas bayram mərasimində iştirak edib

İsrailin Azərbaycandakı səfiri Rafael Harpas Mingəçevirə gəlib, şəhər günüylə bağlı bayram mərasimində iştirak edib: “Mən çox şadam ki, Mingəçevirin 66-cı ildönümündə bura gəlmişəm. Şəhərinizdə gedən abadlıq işləri, yeni tikililər, yaşıllıq adamı heyran edir. Hiss olunur ki, 2015-ci il Avropa oyunlarına ciddi hazırlaşırsınız. Biz də böyük komanda ilə bu yarışlarda çıxış edəciyik”. Bu gün Mingəçevir şəhər İcra […]

Mingəçevirin 66 yaşından lövhələr

Foye sərgi salonuna bənzəyirdi Noyabrın 11-də Mingəçevir Dövlət Dram Teatrının foyesi rəngarəng əl işlərinin nümayiş etdirildiyi sərgi salonuna bənzəyirdi. Şəhərimizin rəssamları Abdulla Məmmədovun və Yunis Yolçiyevin Mingəçevirlə bağlı rəsmləri çoxsaylı tamaşaçıları ətrafına toplamışdı. Amma Uşaq Yaradıcılıq Mərkəzinin təqdimatında SES-dən ilk enerjini verilməsi barədə kompozisiya daha çox marağa səbəb oldu. Orta məktəblərin əl işləri də diqqət […]

Medianın “səssiz qurbanları”

“… rayonda 15 yaşlı qızın zorlanması…” Üç nöqtə yerində rayonun adını çəkməklə azadqadin.az səhifəsi qurban haqqında hekayəsini təqdim edib. Yazıda oxuyuruq: “3 yaş böyük olan qardaşı T. N. hamamda çimərkən onu zorlayır. Qardaşı onu öldürəcəyi ilə hədələdiyindən qızcığaz qorxusundan bu barədə heç kimə bir söz demir. T. N. hərbi xidmətə yollananadək bacısını bir neçə dəfə […]

Futbol məhəllədən başlayır

“Məqsədim gələn il primyer liqada oynamaqdır” Qonağımız gənc olmasına baxmayaraq, varlığıyla Azərbaycan futboluna vurğun olan “Kəpəz”in kapitanı Azər Həşimovdur. 1984-cü il noyabrın 6-da Mingəçevirdə doğulub. Ailəlidir, bir övladı var. -Azər, səni futbola nə gətirdi? -Futbola uşaqlıqdan həvəsim vardı. Balaca olanda məhlədə futbol oynayırdıq. Mənim oyunuma baxan böyüklər deyirdilər ki, futbol oynasan, sənin yaxşı gələcəyin olacaq. […]

İlk dərs günündə tələbələrə rektordan ciddi mesaj

Sentyabrin 15-də Mingəçevir Politexnik Institutunda yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə professor, müəllim heyəti ilə tələbələrin görüşü keçirildi. MPİ-nin rektoru Akif Hacıyev tələbə adını qazanan gənclərə və onlara bilik öyrədənlərə üzünü tutdu: “Ümid edirəm ki, 4 il müddətində gələcəkdə sizi yüksəldə biləcək bilik qazanacaqsınız. Bizim məktəb hər bir tələbəyə şəxsiyyət kimi formalaşmağı, çətin […]

Şairlər bir-birinə qohum olurlar

Avqustun 14-də Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) bir qrup nümayəndəsi Mingəçevir gəncləri və yazarlarıyla görüşüb. Yazarlar ədəbi mühitdəki problemləri müzakirə edib, söz söyləyıb, şeir oxuyublar. Mingəçevir İcra Hakimiyyətinin məsul nümayəndəsi Rizvan Mikayıllı söz işığına toplaşanları salamlayıb: “Yazarlara tarixən böyük diqqət və qayğı olub. Mədəniyyət işçilərinə mükafatların və fəxri adların verilməsi də bu diqqətin nəticəsidir”. […]

Köçkünlərin əli “Elektron hökumət”ə çatırmı?

Yaxın illərdə “Elektron-hökumət” layihəsinin daha da genişləndirilməsi nəzərdə tutulub və dövlətin hökumətin elektronlaşmasından böyük gözləntiləri var. 2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı bu işə xüsusi qayğının göstəriləcəyindən xəbər verir. Belə ki, bu proqram vasitəsilə “elektron hökumət”in inkişafına və dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsinə, […]