Browsing author

Yeganə Nəbiyeva

Martın 10-da Mingəçevir Teatrında bayram gecəsi yaşanıb

“M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrı 1969-cu ildə ilk olaraq Cəfər Cabbarlının “Almaz” dramı ilə fəaliyyətə başlayıb. İndiyədək teatrın səhnəsində 300-dən artıq tamaşa oynanılıb”. Bu fikirlə çıxışına başlayan teatrın direktor müavini Vüsal Məmmədov Azərbaycanın bölgələrinin də bayram əhval-ruhiyəsində olduğunu deyib: “Milli Teatrımızın 143-cü  ildönümü ərəfəsində teatrımızın aktyoru Şıxı Yaqubov Əməkdar artist fəxri adına, rəssamı Yusif […]

24 ildir Xocalı qan ağlayır

Məktəbim müəllim və şagird kollektivi əsrin faciəsi zamanı qətlə yetirilmiş günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirin aparıcısi Kamalə Məmmədova zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açıb. O, Xocalıda 1992-ci ilin fevral ayının 25-dən 26-na  keçən müdhiş gecəni təfsilatı ilə tədbir iştirakçılarına xatırladib: “Xocalının fəryadı silahların süngüsünə keçirilmiş körpələrin cığıltısında, ana-bacılarımızın inilti dolu […]

“Hər bir aktyorun səhnədə yeri görünür”

Bu yaxınlarda Mingəçevir Dövlət Dram Teatrının aktyoru Şıxı Yaqubov Əməkdar artist fəxri adına layiq görülüb.  25 yaşından həyatını səhnəyə bağlayan müsahibimiz  1951-cı ildə Ağdaş rayonunun Pirəzə kəndində doğulub. Evlidir, 3 övladı, 5 nəvəsi var. -Səhnəyə gələn yol haralardan keçdi? -Orta məktəbdə oxuyanda ədəbiyyat dərsini tədris edən Eyyub müəllim tədbirlərdə həmişə məndən istifadə edirdi. Mən kiçik […]

Balacaların “Dəcəl keçi”si

Mərziyə Davudova adına  Mingəçevir Dovlət Dram  Teatrında böyüklərlə yanaşı vaxtaşırı uşaqlar üçün də tamaşalar hazırlanır. Teatrın bu təçəbbüsü təqdirəlayiqdir. Çünki teatra marağı uşaq yaşlarından formalaşdırmaq vacib məsələlərdəndir. Erkən yaşdan aşılanan hislər gələcəkdə onların kamil vətəndaş kimi yetişməsində təsirsiz ötüşmür. Tətil günlərində, Novruz bayramı və Yeni il ərəfəsində isə azyaşlıları sevindirmək artıq ənənə halını alıb. Bu […]

Mülksüz qalan qadınlar

“Keçmiş həyat yoldaşımı oldürsəydim…” “20 ildi ömrüm məhkəmələrdə keçir. Qətnamələrin içində itmişəm. Yaşadığım mənzillə bağlı çıxarılan bütün qətnamələri yığıb Ali Məhkəməyə yollamışam. Ordan isə sənədləri Şəki Apellyasiya Məhkəməsinə gondəriblər. Hakim yenə keçmiş həyat yoldaşımın xeyrinə qərar çıxarıb.  Bu qədər depressiyada yaşamaq olarmı? Mən məhkəməsiz ömür sürmək istəyirəm. Yaşadığım dövrdə nəfsi şəxsiyyətinə qənim kəsilmiş məmurlar buna […]

“Ağsaray”da Mingəçevir gənclərinin bayram şənliyi

Dekabrin son həftəsində Dünya Azərbaycanlılarının Həmrəylik günü və  Yeni il münasibətilə Gənclər və İdman İdarəsi “Ağsaray” otelində bayram şənliyi təşkil edib. Tədbirdə ötən ilin uğurlarından danışılıb, yeni ildən gözləntilər dilə gətirilib. Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında Mingəçevir gənclərinin də aktiv iştirakını vurgulayıb: “2014-cü ilin noyabrından Əməliyyat Komitəsiylə əməkdaşlıq […]

Ədəbiyyat arı pətəyi kimi bir şeydir, haram götürmür

Yazı istedadı olmayan adamdan yazar düzəltmək istilikxana şitili yetişdirməyə bənzəyir Qısa arayış: 1975-ci ildə Kəlbəcərdə doğulub. Gəncə Dövlət Universitetinin filologiya, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Aran bölgəsi üzrə təmsilçisidir. 2013-cü ildə birliyin “Türk dünyasına xidmət” ödülünü alıb. “Söz odası” regional ədəbiyyat […]

Əmək pensiyası ala bilməyənlərin sosial-müavinət almaq hüquqları var

Xəbər verdiyimiz kimi, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aztəminatlı ailələrə və məcburi köçkünlərə sosial hüquqlarla bağlı hüquqi və informasiya xidmətinin təşkili” layihəsini gerçəkləşdirir.  Layihə çərçivəsində MVA nəzdində hüquq kabineti  də açılıb.  Burada görülən fəaliyyət barədə suallarımızı  hüquqşünas İlqilab Həsənov cavablandırır. -İnqilab […]

Mingəçevirdə “Qadın hüquqları və məişət zorakılığı” ilə bağlı seminar keçirilib

Sentyabrın 10 və 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Mingəçevirdə “Qadın hüquqları və məişət zorakılığı” ilə bağlı seminar keçirib. Tədbir Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində reallaşıb. Görüşdə müxtəlif sferalarda çalışan mingəçevirli aktiv qadınlar iştirak edib. AQUPDK-nin hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə […]

Rəqəmləri toplayan insanların Mingəçevirdə bayram tədbiri

Oktyabrın 20-də Mingəçevir şəhər Statistika İdarəsində Ümumdünya Statistika günü münasibətilə bayram tədbiri keçirilib. Qurumun rəhbəri Etibar Kərimov bildirib ki,Azərbaycanda statistikanın yaranmasından 169 il, dövlət statistikasının təşkilindən isə 95 il ötür: “1920-ci il avqustun 19-da Azərbaycan İnqilab Komitəsi dövlət statistikası haqqında ilk əsasnaməni təsdiq edib. Bu gün ölkəmizdə beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir. Dövlət […]