Browsing author

Yeganə Nəbiyeva

“Binalarımızı təmir edib versinlər…”

“Mingəçevir Valideynlər Assosiasiyasi” (MVA) İctimai Birliyi  “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği” layihəsi çərçivəsində yaşayış məhəllələrində  seminarları davam etdirir.  2016-cı il mayın 21-22-də növbəti tədbirlər şəhərin Y.Mənsurov  küçəsindəki 13  və  Naxçıvan küçəsindəki 40 saylı ünvanlarda baş tutub. MVA İB-nın prezidenti, layihə rəhbəri Fərman Nəbiyev bildirib ki,  Mingəçevir Bələdiyyəsi ilə birgə gerçəkləşdirilən layihənin məqsədi insanları […]

Mingəçevirlilər öz binalarını özləri idarə etmək istəyirlərmi?

Bu aydan “Mingəçevir Valideynlər Assosiasiyasi” (MVA) İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə   “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği”nə başlayıb. Layihə çərçivəsində ilk seminar  mayın 13-də Mingəçevir Media Mərkəzində (MMM), mayın 14 və 15-də isə şəhərin Y.Mənsurov və 20 Yanvar küçələrindəki mağarlarda təşkil olunub. Layihə rəhbəri, MVA […]

“Gənclər, ailə yükünün altına girməyə tələsməyin”

Mingəçevir Qeydiyyat söbəsinin rəisi Sevinc Hüseynova müəyyən mövzularla bağlı təhsil ocaqlarında görüşlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib: “Bu görüşlər orta məktəblərdə və məhəllələrdə keçirilib. Erkən nikah və onun fəsadlar ən ciddi  problemlərdəndir. Ötən il Heydər Əliyev Mərkəzində Goranboy, Ağdaş, Göyçay və Yevlax rayonlarının Qeydiyyat şöbələri rəislərinin iştirak etdiyi tədbirdə bütün məktəblərin 10 və 11-ci sinif şagirdləri, […]

“Zaman adlı qatar” Mingəçevirdən keçir

Mayın 9-da Mingəçevir Dövlət Dram Teatrında “Zaman adlı qatar” filminin qala gecəsi keçirilib. Filmə baxan insanlar Azərbaycan kinosunun yeni bir mərhələyə qədəm qoyduğunun şahidi olublar. Filmdən əvvəl yaradıcı qrupla görüş keçirilib. Onlar tədbirə toplaşanlara film haqqında məlumat veriblər. Xatirə fotoları çəkdirilib. Rejissor Kənan Musayev  filmin süjetinin real həyatdan götürüldüyünü deyib:  “Ümumiyyətlə,  Şərqdə ana mövhümü çox  […]

“İctimai Şuralar vətəndaşlarla hökumət arasında körpü rolunu oynayacaq”

Mayın 3-dən Azərbaycan Respublikasınin Prezidenti yanında Qeyri Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Şərq-Qərb İdarəetmə İnstitutu Mingəçevirdə birgə layihə çərçivəsində “İctimai Şuraların yaradılması” üzrə iki günlük təlimə başlayıb. Təlimdə həmkarlar və qeyri-hokumət təşkilatlarının, məhəllə komitələri, media və təşəbbüs qruplarının nümayəndələri  iştirak ediblər. Qeyd olunub ki, İctimai Şuraların yaradılması həyatın tələbinə çevrilib. Belə ki, bu şuralar […]

Arif Əsədullayev: “Kamança Azərbaycanın xalq çalğı aləti olaraq mövcud olacaq”

Məktəbin direktoru Namiq Mirzəyev mədəni irsimizin təbliğində bu müsabiqənin rolundan danışıb,  tədbir iştirakçılarına uğurlar diləyib. Azərbaycanın regionlarını da əhatə edən müsabiqədə uşaq musiqi və incəsənət məktəbləri, muaiqi kollecləri və gimnaziyanın şagird və tələbələri 10-14, 14-17 və 18-21 yaş qrupları üzrə iştirak ediblər. Münsiflər heyətiniin sədri  Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə […]

Bir qız ağlayırdı için-için, gizlin-gizlin, xısın-xısın…

Bu gün iş gününün sonunda yolumu yenidən Şəhidlər Xiyabanından saldım.  Üç gün ərzində iki şəhidimizin-Teymur Qasımov və Adil Adilzadənin dəfn mərasimi üçün  insanların axışdığı, “Qarabağ bizimdi, bizim olacaq!”,  “Şəhidlər ölməz, Vətən bölünməz!” nidalarından lərzəyə gələn bu məkan indi dərin səssizlik içindəydi.  Bir neçə gənc yeni salınmış məzarların ətrafında məlum hadisələri müzakirə edirdilər. Bir kənarda dayanıb […]

Bəy kostyumu evdə asılı qaldı

Qasımov Nuran Sabir oğlu qardaşı Teymur haqqında danışarkən göz yaşlarını saxlaya bilmirdi. Onun çəkdiyi iztirab sifətinin cizgilərindən oxunurdu: “Qardaşım Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Üç gün döyüş  apardıq, bu üç gündə kifayət qədər torpağımızı azad etdik. Düşmən tərəfdən çoxlu itki verildi. Ağır döyüşlər gedirdi. Ermənilərdən müqavimət görmədik. Biz irəlilədikcə onlar […]

Bir neçə nəsli yola verəcək miras

Qızbəs xala dünyasını dəyişənə qədər Bayram  Xəlilovun ailəsi belə çətin duruma düşəcəyini ağlına da gətirmirdi. Onlar vaxtilə valideynlərinin əldə etdiyi beşotaqlı mənzilə  sahib olduqlarını da düşünürdülər. Bayram Xəlilovun dediyinə görə, zavodda fəhlə işləmiş atasına bu mənzili növbəlilik qaydasında verilib:  “Biz 4 qardaş və bir bacı idik. Valideynlərimizlə böyüyənə qədər birgə  yaşadıq. Sonra bacımı  Gülövşə kəndinə […]

Mingəçevirdəki musiqi müəllimlərinin bayram sürprizi

Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hazırlanan bayram konserti fərqliliyi ilə yadda qaldı. Tədbir zalı çiçəklərlə bəzənmışdi. Bu dəfə şagirdlər dünya və Azərbaycan bəstəkarlarının əsərlərini  doğma müəllimlərinin ifasında dinləyib,  ruhlandılar. Hər bir müəllim öz ifası ilə örnək oldu. Polad Osmanov, Elnarə Qarayeva, Dilbər Qurbanova, Pərvanə Soltanova, Nərmin Nəsibova, Fidan […]