Browsing author

Yeganə Nəbiyeva

“Problemin yaxşı ifadə edilməsi onun həllinin yarısıdır”

“Baxmayaraq ki, Mingəçevir Kür çayının sahilində yerləşir, onun park və xiyabanları susuzluqdan yanır. “Azərsu” Səhmdar Cəmiyyətinin nümayəndələri  şəhərdə yaşıllığın qəniminə çevrilib. Onlar ictimai su xətlərini bağlayaraq, havanın 40-42 dərəcəyə çatdığı yay günlərində çoxillik agaclarla yanaşı yeni əkilmiş ağacların da məhvinə fərac veriblər. Sakinlərin narazılıqları kütləvi hal alıb. Əksəriyyət imzatoplama kampaniyasına qoşulub. Əslində bu, su qıtlığı […]

QHT təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərir

Regional İnsan Hüquqları və Media Mərkəzi (RİHMM) icra etdiyi “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində Bərdə rayonunda məlumatlandırma sessiyası keçirib. Tədbirdə Bərdə rayonunda fəaliyyət göstərən Laçın rayonu 24 saylı, Kəlbəcər rayon 92 saylı, Ağdam rayonu 11, 95 saylı,  xüsusən Ağdam rayonu 12 saylı tam  orta məktəblərində çalışan 33 nəfər müəllim iştirak edib. Tədbir […]

“Şəhərsalma planı bir nəfərin istəyinə uyğun həyata keçirilə bilməz”

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində “Şəhərsalma və Tikinti Məcəlləsi”nin izahına dair növbəti seminarını Mingəçevirdə və Yevlaxda dövlət qulluqçuları üçün təşkil edib. Azərbaycan Respublikası Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirib ki, şəhərsalma sahəsində nizam-intizam yaratmaq, nəyin harda tikilə biləcəyinə və […]

“Mingəçevir işıqları” beynəlxalq mükafatı ardıcıl üçüncü dəfə Mingəçevirə gətirdi

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələrini mayın 3-də elan edib.  “Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusuna dair müsabiqəyə  çap və elektron mediada dərc olunan 20-dən artıq yazı təqdim edilib. Bu barədə GİZ-in proqram rəhbəri Thomas Meyer məlumat verib. O, […]

Cəmiyyət əlilliyi olan şəxslərə yanaşmada hələ ki, iflic vəziyyətdədir

Qəza ailənin şirin həyatına acı qatdı 6 yaşlı Fərid ailənin tək övladıdır, dilli-dilavər, ünsiyyətcil və mehriban uşaqdır.  Valideynləri – Gülnarə və Azər Məmmədovlar  onun hər  anını nəzarətdə saxlayır, qoruyucu mələk kimi başına dolanırdılar. Ailə birgə gəzməyə çıxır, qonaq gedir və Fəridin hazırlıq tapşırıqlarını bir yerdə yerinə yetirirdilər. Gülnarə həftənin üç gününü məktəbin dəhlizində gəzişərək, məşğələ […]

“Əfqan veteranları sonradan Qarabağ döyüşlərinin iştirakçılarına, əlillərinə, şəhidlərinə çevrildilər”

Fevralın 15-də Mingəçevir Dövlət Dram Teatrı keçmiş sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illiyinə həsr olunan möhtəşəm bir tədbirə ev sahibliyi edib. Qeyd olunub ki, 1979-cu ildə SSRİ Əfqanıstanda sülhü bərqərar etmək, əmin-amanlıq yaratmaq, yerli əlaliyə dostluq köməyi adı altında müharibəyə başlayıb. Əslində isə həmin ölkəni öz əsarətinə salmaq məqsədi güdülübb. 10 il ərzində bu əməliyyatlarda […]

Mingəçevir teatrında 20 Yanvar faciəsi anıldı

Biz öyrəndik təqvimlərə… Ona uyğun bayramları, faciə günlərini qeyd etməyə. Sevincimizi, kədərimizi təqvimin cırılıb atılan vərəqləri kimi unutmağı da öyrəndik. Dərdin ağırlığını çəkənlər isə ovunmadı, sakitləşmədi yurd həsrəti, şəhid nisgilinə. İçində fəryad edən analar, atalar, uşaqlar, sevgililər gecələr xısın-xısın ağladılar. Göz yaşları islatdı balışlarını. Vaxtsız dən saldı saçlarına əzizinin yoxluğu… 26 il də əzab verə-verə […]

Mingəçevir bayram ovqatı yaşayır

Dekabrın 27-də Heydər Əliyev Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Milli lider Heydər Əliyev-dünya azərbaycanlılarını birləşdirən dahi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Təqdim olunan sənədli filmdə Azərbaycanın keçdiyi inkişaf yolu ilə yanaşı soydaşlarımızın bir araya gəlməsi uğrunda ulu öndər Heydər Əliyevin səyləri, həyata keçirdiyi işlərlə bağlı kadrlar nümayiş olunub. Nəzərə […]

Gözlə məni…

Həyat çox qəribəymiş. Xoş günlərimdə mənə bəd sürprizlər hədiyyə etdi. Gözləmədiyin halda əvvəl atamı aldı, üç il sonra səni… İndi sən mənimçün göydəki ulduzlar qədər uzaqsan. Gözlərimdə xəyalını görürəm, sifətimdə nəfəsini hiss edirəm, amma əlim çatmır, ünüm yetmir, göz yaşlarımı silə bilmirsən. Sənə çatmağıma nə qədər yol qət etməliyəm hələ, bilmirəm. Hər şeyi sıfırdan başlamağa […]

70 ilin işığına yığışdıq

Noyabrın 11-də Azərbaycanın sənaye, elmi-mədəni, turizm mərkəzlərindən biri kimi tanınan Mingəçevirin 70 yaşı qeyd olunub. Teatr meydanında təhsil müəssisələri  və təşkilatların sərgilədiyi sərgiyə baxışdan sonra şəhərin ictimai fəalları və qonaqlar Mingəçevir Dövlət Teatrına yubiley təntənəsinə toplaşıblar. İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirən birinci müavin İlham İsmayılov Mingəçevirin keçdiyi tarixi yola geniş ekskursiya edib. O, nəzərə […]