Browsing author

Yeganə Nəbiyeva

Bələdiyyə üzvlüyünə namizədlər: müstəqillik və inamın bərpası

23 yanvar 2025-ci il tarixində Mingəçevir Media Mərkəzində Mingəçevir Bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürən şəxslərlə media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə əhəmiyyətli görüş keçirilib. Tədbirin məqsədi namizədlərin platformalarını seçicilərə tanıtmaq və onların şəhərin inkişafı ilə bağlı təkliflərini müzakirə etmək olub. Görüşdə həm namizədlərin öz fikirləri, həm də ictimaiyyətin və jurnalistlərin sualları diqqət mərkəzində idi. Tədbirdə […]

Mərkəzi Aran Regional Təhsil İdarəsində media nümayəndələri ilə görüş keçirilib

Yanvarın 9-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasında media nümayəndələri ilə işgüzar görüş baş tutub. Tədbirdə idarə müdiri vəzifəsini icra edən müdir müavini Cavad Cavadov və müxtəlif media qurumlarının təmsilçiləri iştirak ediblər. Görüş zamanı Cavad Cavadov qarşıda duran əsas prioritetləri diqqətə çatdıraraq, regionda təhsilin inkişafı, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və 2025-ci il üçün […]

Natiq Qasımov Mingəçevirdə, rəmzi məzarı önündə anıldı

Mingəçevirdəki Şəhidlər Xiyabanında Qarabağ müharibəsində itkin düşənlərin rəmzi məzarları sırasında Natiq Qasımovun da adı var.  Onun qəhəmanlığı haqqında 1992-ci ildə  «Oqonyok» jurnalında dərc olunmuş Konstantin Smirnovun «Qorxu» sərlövhəli məqaləsindən, o məqalədə yer alan italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi son şəkildən, Natiqin beş gün təkbaşına döyüşdüyü alban kilsəsinə gələn və onun təslim olması ilə 23 azərbaycanlı […]

“Yaşıl Həyat” layihəsi çərçivəsində “Yaşıl STEAM Sərgisi” 

Mingəçevir STEAM Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl Həyat” layihəsi çərçivəsində “Yaşıl STEAM Sərgisi”  keçirilib. Sərgidə 5 fərqli məktəbdən 6 komanda, ümumilikdə 30 şagird layihələrlə iştirak edib. Onlar  aurdino, mikrobit, CAD texnologiyaları, led işıqlar, günəş panelləri, incəsənət alətlərindən  geniş istifadə ediblər. Mərkəzin əməkdaşları Müşfiq Tarıverdiyev və Aysel Şamxalova qonaqlara STEAM Mərkəzi haqqında ətraflı məlumat verib,  qurumun uğur […]

Bölgə məktəbində İctimai Şuraya seçki keçirildi

Mingəçevir şəhərindəki 3, 11 və 14 saylı məktəblərin aztəminatlı valideynlərinə, xüsusən gənc və işsiz analarına  dəstək və bacarıqlar aşılamaqla övladlarının keyfiyyətli təhsil almasında yardımçı olmaq niyyəti ilə 2023-cü ilin noyabrından “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü həyata keçirilir. Bu təşəbbüs mövcud kateqoriyadan olan valideynlərə nəzəri biliklərə yiyələnmək, praktiki alətləri öyrənmək, maliyyə resurslarına çıxış əldə etmək və güclü […]

Mingəçevirdə “Valeh Kərimov həftəsi” möhtəşəm qala tədbiri ilə başa çatıb

Aprel ayının 1-dən 6-dək davam edən “Valeh Kərimov həftəsi” fərqli qala gecəsi ilə başa çatıb. Ağdaş rayonundan başlanan həftədə hər gün ya Valeh Kərimovun oynadığı, ya da onun quruluş verdiyi tamaşa nümayiş olunub. Qala gecəsinə isə respublikanın sənət adamları, incəsənət xadimləri təşrif gətirmişdilər. Bir-birini əvəzləyən ürək sözləri,  təltif və  hədiyyələr, rəngarəng səhnəciklər, mahnı töhfələri, xüsusən […]

“Adsız qadın, sən kimsən?”

Bu gün Mingəçevir Dövlət Dram Teatrı yenə tamaşaçılarla dolmuşdu. Teatrın aktrisası Afət Əliyevanın pərəstişkarları səbirsizliklə onun mono tamaşasının başlanmasını gözləyirdilər. Nəhayət pərdə açıldı. Səssizlikdə güclü siqnal səsinə diksinən tamaşaçı qarşısında dərdli bir qadını gördü. İlk başda müammalı görünən qadın tədricən içindəkilərini – yəni yaşadıqlarını söyləməyə başladıqca, həyatında çox acılar çəkmiş bir ana olduğu bəlli oldu. […]

H.Əliyevin QHT-rin inkişafında rolu”

Oktyabrın 27-də Mingəçevir şəhər Bələdiyyəsində Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “H.Əliyevin Qeyri Hökumət Təşkilatlarının inkişafında rolu” adlı dəyirmi masa keçirilib. Tədbir “Müharibə, əmək və silahlı qüvvələr veteranları” Təşkilatının (MƏSQVT) təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Tədbirin aparıcısı “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi Mingəçevir şəhər filialının sədri Əliağa Bəndalıyev mövzu ilə […]

Bir aydan çox müddəti əhatə edən “Öz fərqində Ol” layihəsi işini uğurla tamamladı

Layihənin əsas məqsədi Mingəçevir Dövlət Univesitetinin birinci kurs tələbələrinin yumuşaq bacarıqlarının artırılması və özünü tanıma prosesində dəstək göstərməkdir. Bu müddət ərzində həftədə 1 dəfə olmaqla 4 əyani təlim və onlayn mentor görüşləri həyata keçirilib. Peşəkar təlimçi və mentorların dəstəyilə müsahibə əsasında seçilmiş 25 gənclə hərtərəfli çalışıb, onların inkişafına töhvə verməyi qarşıya məqsəd qoyan layihə öz […]