Browsing author

Səidə Əsədli

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi

Ağdaş gəncləri “Əsas Həyat Bacarıqları”na yiyələndilər

Ağdaş gəncləri “Əsas Həyat Bacarıqları” təlim paketini uğurla başa çatdırıblar. 2 ay ərzində 16 dərsdən ibarət təlim paketində iştirakçılar “Stresin idarə olunması”, “Dinləmə bacarıqları”, “Empatiya” kimi mövzuları öyrənib, məsuliyyətli olmaq, özünü idarə etmək, diqqətlə dinləmək kimi bacarıqlara yiyələniblər. Təlimçi Sevinc Məmmədova onlara bu istiqamətlərdə məlumatlar verib, müxtəlif enercayzerdən və innovativ metodlardan istifadə edib. Təlimin sonunda […]

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi müxtəlif təlimlər və klub fəaliyyətləri həyata keçirir

Təlimçilər Sevinc Məmmədova, Coşqun İsmayılov, Taleh Həsənli, Samir Abdullayev gənclərlə öz biliklərini bölüşüb, onlara karyera istiqamətində töhfələrini veriblər. Təlimlər  “UNİCEF”in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Əsas Həyat Bacarıqları”, Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzinin “Maliyyə savadlılığı”, karyera planlaması üzrə “Mənim peşəm, mənim gələcəyimdir”, gənclərin motivasiyası üçün isə “Mənim hekayəm” mövzularında olub. Həmçinin aprel ayı ərzində klub […]

Ağdaşda “Gənclər Həftəsi”

Ağdaşda  “Gənclər Həftəsi” fevralın 2-də yekun tədbirlərlə başa çatıb. Gənclər gününün yaradıcısı Heydər Əliyevin əziz xatirəsi yad edilib, abidəsi önünə güllər düzülüb. Eyni zamanda hər iki Qarabağ müharibəsində canlarını fəda etmiş şəhidlərimizin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Daha sonra iştirakçılar dəyirmi masa ətrafında toplaşıb, ölkəmizdə “Gənclər siyasəti”ndən, dünya miqyasında fəxrlə adları çəkilən Azərbaycan gəncliyindən, […]

“Məqsədimiz Ağdaş gənclərinə karyera inkişafında kömək olmaqdır”

Ağdaş nümayəndəliyi gənclərə xidmət göstərən qurumdur. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi 2021-ci il may ayından etibarən fəaliyyət göstərir. Bu müddət ərzində onlarla layihələr həyata keçirilib, təlimlər aparılıb, silsilə klub fəaliyyətləri icra olunub. Rayon ərazisindən və kəndlərdən gələn gənclərin vaxtlarını səmərəli keçirmələri üçün bu məkanda imkanlar genişdir. Belə ki, gənclər yeni dostlar qazanaraq sosial […]

Xocalı – Xocalılı…

Fevralın 25-i 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü müəllim-tələbə heyəti tərəfindən birgə anıldı. Tədbiri açıq elan edən universitetin rektoru Şahin Bayramov Xocalı haqqında fikirlər söylədi,​ bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edildi. Daha sonra məruzəçilər – Tafix kafedrasının müəllimi Vüsalə​ ​Mövlayeva və Humanitar fənlər kafedrasının müəllimi Namaz Manafov əsaslı […]

“Dərdimə dəymə…”

Səbirə xalanın 54 yaşı var. Şəkər xəstəsi olduğu üçün onun gözləri yaxşı görmür. Özünü dolandırmaq üçün hər gün isti-soyuq demədən küçədə oturur və insanlardan kömək diləyir. Ondan soruşdum ki, siz belə havada, bu vəziyyətdə nə üçün burada oturursunuz? O, “Dərdimə dəymə” – deyə ağlamağa başladı. Dediklərindən məlum oldu ki, Səbirə xala əslən kəlbəcərlidir. O, gəncliyində […]

Aynur hərbçi olmaq istəyir, valideynləri isə etiraz edir.

“Qız uşağından hərbçi olmaz” Mingəçevirdə yaşayan Aynur Şirinlinin 16 yaşı var. 11-ci sinifdə oxuyur, I ixtisas qrupuna hazırlaşır. Uşaqlıqdan arzusu hərbçi olmaqdır. Ətrafındakı insanlar onun fikrinə başqa cür münasibət bəsləyir, “Qız uşağından hərbçi olmaz” deyə ona psixoloji təsir göstərirlər. Aynurun ən böyük problemlərindən biri  hara və necə müraciət etməsini bilməməsidir. Hərbçi olmağı qarşısına məqsəd qoyan […]