Browsing author

Səidə Əsədli

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi

“Şəhidlər ən ali qürur mənbəyimizdir!”

 Ağdaş rayonunda “Şəhidlər ən ali qürur mənbəyimizdir!” mövzusunda rəsm sərgisi və bilik yarışması keçirilib. Ağdaş şəhər Heydər Əliyev parkında keçirilən tədbir Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunub və rayon rəsmilərinin və əhalisinin iştirakı ilə yaddaqalan olub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad olunub, Azərbaycanın zəngin mədəni, bədii, ədəbi irsindən söz açılıb. Ardınca rəssam Məlahət İsmayılın və […]

“İxtisas Bələdçisi” Ağdaşda

Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı tam orta məktəbdə, eləcə də, Ağdaş rayon Ləki qəsəbə 6 saylı tam orta məktəbdə “İxtisas Bələdçisi” adlı məlumatlandırıcı sessiyalar təşkil olunub.  Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Arzu Xəlilova iştirakçılara ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, gələcəyin ixtisasları, karyera planlaması üçün VİSA, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, təhsil tələbə […]

Ağdaşda “Uğurlu qadının sirri”ndən danışıldı

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi təşkilatçılığı və Ağdaş Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Uğurlu qadının sirri” mövzusunda tədbir keçirilib. Tədbirə nümayəndəliyin təcrübəçiləri və Ağdaşın müxtəlif təşkilat və idarələrdə fəaliyyət göstərən aktiv və uğur qazanmış xanımları dəvət olunub. Əvvəlcə günün tarixi, əhəmiyyəti barədə məlumatlar verilib, videoçarx nümayiş […]

Ağdaşda “Media savadlılığı və gənclər” mövzusunda təlim keçirilib

Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyi, “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı ilə Ağdaşda “Media savadlılığı və gənclər” mövzusunda təlim keçirilib. Gənclər üçün İnkişaf və Karyera Mərkəzinin əməkdaşı, təlimçi Zəminə Ədilova medianın bu günkü vəziyyəti barədə danışıb. Eyni zamanda mediada qərəzlilik, saxta xəbərləri doğru xəbərlərdən fərqləndirmək yolları haqda iştirakçılara ətraflı məlumat verib. Tədbir diskussiya şəraitində baş […]

Heydər Əliyevin anım günü münasibətilə Ağdaşda silsilə tədbirlər həyata keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər həyata keçirilib. İlk öncə Gənclər və İdman İdarəsinin, Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və nümayəndəliyimizin əməkdaş və gəncləri Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər qərənfillər düzüblər. Daha sonra #GənclərimİZ Ağdaş rayon Heydər Əliyev Mərkəzində ekskursiyada […]

Ağdaşda Beynəlxalq Könüllülər Günü yadda qalan oldu

Beynəlxalq Könüllülər Günü Ağdaşda yadda qalan olub. Əvvəlcə  gənclərə təbrik ünvanlanıb, onların etdikləri işin nə qədər faydalı olmasıdan danışılıb.  Eləcə də ölkəmizdə gənclər sahəsinin inkişafında  könüllülərin vacib rolu vurğulanıb, 44 günlük Vətən müharibəsi zamanı könüllü döyüşən və şəhid olan gənclərin xatirəsi bir daha yad olunub. Daha sonra nümayəndəliyin aktiv gəncləri hədiyyə və sertifikatlarla təltif olunublar. […]

Ağdaş gəncləri üçün “Əsas Həyat Bacarıqları” təlimi keçirilib

2 ay ərzində 16 dərsdən ibarət təlim paketində iştirakçılar “Stresin idarə olunması”, “Dinləmə bacarıqları”, “Empatiya”, “Özünüqiymətləndirmə”, “İnamlı ünsiyyət” kimi mövzuları öyrənib, məsuliyyətli olmaq, özünü idarə etmək, diqqətlə dinləmək kimi bacarıqlara yiyələniblər. “Basic Life Skills TOT” sertifikatlı təlimçi, fasilitator Sevinc Məmmədova onlara bu istiqamətlərdə məlumatlar verib, müxtəlif enercayzerdən və innovativ metodlardan istifadə edib. Təlimin sonunda isə […]

8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə Ağdaşdakı könüllülər də iştirak ediblər

Əvvəlcə gənclərimiz rayonumuzun şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə fləşmob edib, şəhidlərimizin adlarını səsləndiriblər. Daha sonra gənclər hərbi yürüş addımları ilə marş ifa edib və bayrağımızı dalğalandırıblar. Həmçinin 9 noyabr tarixində Ağdaş gəncləri, qazilər, şəhid ailələrinin üzvləri, aztəminatlı ailələrin övladları, idmançılar və əməkdaşların II Fəxri Xiyabana və Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub. Ağdaş rayon […]

Murov qartalı Raquf Orucovun xatirəsi yad edilib

Ağdaş rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin və Ağdaş İntellektual Klubunun birgə təşkilatçılığı ilə regionun intellektual gəncləri arasında “Nə? Harada? Nə zaman?” formatında yarış keçirilib. Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Raquf Orucovun anadan olmasının 50-ci ildönümünə həsr olunmuş yarışda 12 komanda mübarizə aparıb. Yarışın qalibi 14 xalla Ağdaş rayonunun “AİK” […]