Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

AzTU, MDU və Qazi Universiteti arasında üçtərəfli əməkdaşlıq inkişaf edir

2022-ci ilin 18 fevral tarixində Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı Süleyman Tekelinin rəhbərlik etdiyi nümayəndə heyətilə Azərbaycan Texniki Universitetində (AzTU) görüş  keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov iştirak ediblər. Görüşdə çıxış edən hər üç ali təhsil müəssisəsinin təmsilçiləri tərəflər arasında əməkdaşlığın inkişafından məmnunluqlarını bildirib, qarşılıqlı maraq […]

Mingəçevir Dövlət Universitetində yeni akkreditasiya qaydaları ilə bağlı seminar keçirilib

2022-ci ilin 16 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni akkreditasiya qaydaları ilə bağlı məlumatlandırıcı seminar keçirilib. MDU-nun inzibati heyət üzvləri üçün təşkil edilən seminarda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov  təqdimatla çıxış edib. Akkreditasiya qaydalarına edilmiş dəyişikliklərin mahiyyətindən, hazırda tətbiq olunan yeni qaydaların və meyarların məzmunu və üstünlüklərindən […]

Mingəçevir Dövlət Universitetində könüllü gənclərlə görüş keçirilib

2022-ci ilin 16 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) könüllülük fəaliyyətində iştirak edən gənc əməkdaşlarla görüş keçirilib. Görüş iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov könüllülük fəaliyyətinin cəmiyyətin və fərdin inkişafındakı önəmindən danışıb. Son dövrdə MDU-nun modernləşməsi istiqamətində qarşıda duran strateji hədəflərdən bəhs edən rektor universitet həyatında könüllü gənclərin fəal iştirakından məmnunluğunu ifadə edib və onlara […]

Mingəçevir Dövlət Universitetində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları ilə görüş keçirilib

2022-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Dövlət Məşğulluq Agentliyinin (DMA) 20 saylı Ərazi Məşğulluq filialının müdiri Babək Tağıyev ilə görüşüb. Görüşdə filialın şöbə müdiri Pərviz Hüseynov, rektorun müşaviri Ramin Məmmədov və universitetin Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov da iştirak ediblər. Görüşdə əmək bazarının mövcud tələbləri və təqdim […]

Mingəçevir Dövlət Universiteti kollektivi Qarğıdalı Emalı Müəssisəsinə ekskursiya edib

2022-ci ilin 14 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə və magistrantı Oğuzda “Azmade Group” MMC-nin nəzdində fəaliyyət göstərən Qarğıdalı Emalı Müəssisəsində (CPC MMC) ekskursiyada olublar. Ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması […]

Mingəçevir Dövlət Universitetində “Erasmus+” layihəsi çərçivəsində seminar keçirilib

2022-ci ilin 9 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) layihəsi ilə bağlı seminar keçirilib. Seminarda layihə üzrə işçi qrupunun üzvləri, tərəfdaş müəssisələrin əməkdaşları, universitetin akademik […]

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbədənkənar iclası keçirilib

2022-ci ilin 14 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbədənkənar iclası keçirilib. “Microsft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasda, ilk növbədə, “2021/2022-ci tədris ilinin yaz semestrində MDU-da tədrisin və təlim-tərbiyə prosesinin təşkilinə dair Qaydalar” müzakirə olunub. Diqqətə çatdırılıb ki, son […]

Mingəçevir Dövlət Universitetində “Gələcəyini qur” Gəncliyə Dəstək Layihəsinin təlimləri keçirilib

2022-ci ilin 13 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə  təşkil olunan “Gələcəyini qur!” Gəncliyə Dəstək Layihəsi çərçivəsində təlimlər keçirilib. Təlimlərə MDU-nun tələbələri və ətraf rayonların ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri qatılıblar. Təlimlərin açılışında layihənin koordinatoru Turan Cəfərova, MDU-nun rektoru Şahin Bayramov, layihənin həmtəsisçisi […]

Mingəçevir Dövlət Universitetində “İnnovasiyalar Mərkəzi”nin əməkdaşları ilə görüş keçirilib

2022-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin əməkdaşları ilə görüş keçirilib. Görüş Mərkəzin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsində universitetin iştirakının dəstəklənməsi məqsədi daşıyıb. Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov son dövrdə universitetin modernləşməsi istiqamətində görülən işlərdən və strateji […]

Mingəçevirdə fənn olimpiadalarının şəhər mərhələsinin qalibləri ilə görüş keçirilib

2022-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbdə Respublika fənn olimpiadalarının şəhər mərhələsinin qalibləri ilə görüş keçirilib. Məktəblilərlə görüşdə Mingəçevir şəhər Təhsil şöbəsi, MDU və şəhərin bir sıra ümumtəhsil məktəblərinin rəhbər və əməkdaşları iştirak ediblər. Görüş iştirakçılarını salamlayan Mingəçevir şəhər Təhsil […]