Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi konfrans keçirilib

3 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (MARTİ) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və gücünün ifadəsi: Konstitusiya və Suverenlik İli” mövzusunda elmi konfrans keçirilib. Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik […]

Mingəçevir Dövlət Universiteti (MDU) və Düzce Universiteti arasında əməkdaşlıq istiqamətində online iclas keçirilib

3 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsi ilə Düzce Universitetinin (DU) Eğitim fakültəsi arasında online formatda iclas keçirilib. İclasda Düzce Universitetinin Eğitim fakültəsinin dekanı, prof. Mustafa Koç, dekan müavinləri dos. Aslıhan K. Vardar və dos. Hakan Sarıtekin, MDU Təhsil fakültəsinin dekanı dos. Nizami Zeynalov, dekan müavinləri, Humanitar fənlər kafedrasının müdiri dos. […]

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2025-ci ildə ilk iclası keçirilib

28 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda müzakirəyə çıxarılan məsələlər, tədris və elmi fəaliyyətin inkişafı məqsədilə önəmli qərarlar qəbul edilib. MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov iclasın gündəliyində duran məsələlər barədə Şura üzvlərinin diqqətinə çatdırıb. MDU-ya tələbələrin cəlb edilməsi ilə bağlı […]

Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib

31 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib. İclasda universitet rəhbərliyi, kafedra və şöbə müdirləri iştirak edib. MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov komissiyanın işinə uğurlar arzulayaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 28 sentyabr 2010-cu […]

Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “AÇIQ QAPI” günü keçirilib

30 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. Hibrid formada təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris işləri üzrə prorektor Üzeyir Zeynalov tələbə və magistrantlarla görüşüb. Təşkil edilmiş görüşdə universitetin akademik heyət üzvləri də iştirak ediblər. […]

Mingəçevir Dövlət Univeristetində (MDU) İctimai Nəzarət Şurasının (İNŞ) üzvləri imtahan prosesini izləyiblər

30 yanvar 2025-ci il tarixində  Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının (İNŞ) üzvləri cari ilin payız semestrinin imtahan sessiyası çərçivəsində imtahan prosesini müşahidə ediblər. MDU-nun fəaliyyətində yaxından iştirak etdiklərinə görə İNŞ üzvlərinə təşəkkürünü bildirən universitetin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris işləri üzrə prorektor Üzeyir Zeynalov cari payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı […]

Mingəçevir Dövlət Universitetində dərsə davamiyyətə dair monitorinq nəticələri müzakirə edilib

21 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsində Daxili Nəzarət Şöbəsi tərəfindən 2024-cü il noyabrın 25-dən dekabrın 9-dək keçirilmiş bakalavriat təhsil səviyyəsi üzrə tələbələrin və professor-müəllim heyətinin dərsə davamiyyətinə dair monitorinqin nəticələri müzakirə olunub. İclasda Daxili Nəzarət Şöbəsinin müdiri, İqtisadiyyat və İdarəetmə Fakültəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər. Monitorinqin əsas məqsədi, […]

Mingəçevir Dövlət Univeristetində (MDU) Məktəbəqədər təhsil ixtisasının Özünütəhlil Komissiyasının iclası keçirilib

24 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Univeristetində (MDU) ali təhsil müəssisələrinin akkreditasiya prosesinə hazırlıq çərçivəsində Məktəbəqədər təhsil ixtisası üzrə Özünütəhlil Komissiyasının növbəti iclası keçirilib. İclasın əsas məqsədi müvafiq təhsil proqramı üzrə mövcud vəziyyəti və təhsil proqramının keyfiyyətini təhlil etmək, komissiyanın üzvləri arasında iş bölgüsünü müəyyən etmək, güclü və zəif tərəfləri müəyyənləşdirmək və akkreditasiya üçün […]

Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Elmin populyarlaşdırılması” mövzusunda tədbir keçirilib

23 yanvar 2025-ci il  tarixində  Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Elmin populyarlaşdırılması” mövzusunda elmi tədbir keçirilib. Tədbirdə elmin cəmiyyətdə daha geniş yayılmasının və elmi dünyagörüşünün formalaşdırılmasının əhəmiyyəti müzakirə edilib. Tədbiri açan MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov çıxışında elmin populyarlaşdırılmasının cəmiyyətdə […]