Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

Universitetinin minifutbol komandası şəhər turnirinin qalibidir

2022-ci ilin 1 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş ali və orta ixtisas təhsil müəssisələri arasında minifutbol üzrə şəhər turniri keçirilib. Universitetin İdman-sağlamlıq kompleksində təşkil edilən turnirdə MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci və Mingəçevir Peşə […]

“Ulu Öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyası” mövzusunda elmi seminar

2022-ci ilin 28 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Ulu Öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyası” mövzusunda elmi seminar keçirilib. “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı Tədbirlər Planı” çərçivəsində baş tutan seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Seminarı giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor […]

İdeoloji maarifləndirmə çərçivəsində növbəti seminar

2022-ci ilin 25 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsində “Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar missiyası” mövzusunda seminar keçirilib. Seminar “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı Tədbirlər Planı” çərçivəsində baş tutub. MDU-nun Pedaqoji fakültəsinin dekanı dosent Nizami Zeynalovun moderatorluğu ilə keçirilən seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Seminarı […]

“Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində görüş

2022-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Dövlət Məşğulluq Agentliyinin “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində görüş keçirilib. MDU-nun Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə Dövlət Məşğulluq Agentliyinin əməkdaşları, universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər. Universitetin Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırovun moderatorluq etdiyi […]

1 Mart – Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

2022-ci ilin 1 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin tərkibində fəaliyyət göstərən Mexanika kafedrasının təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş seminar keçirilib. Açıq hava şəraitində təşkil olunan seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Tədbirdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu günün qeyd […]

“Open Science Azərbaycan” layihəsi çərçivəsində seminar

2022-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Open Science Azərbaycan” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) birgə dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” mövzusunda seminar təşkil olunub. MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri dosent Vüqar Mustafayevin moderatorluğu ilə […]

Universitet Elmi Şurasının növbəti iclası

2022-ci ilin 28 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov bu gün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı ölkəmizin gələcək […]

“Turizm destinasiyalarının idarəedilməsi” kitabı təqdim olunub

2022-ci ilin 23 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəki Destinasiya Menecmenti Təşkilatının dəstəyi və təşkilatçılığı ilə hazırlanmış “Turizm destinasiyalarının idarəedilməsi” kitabının təqdimatı keçirilib. MDU Karyera və İnkişaf Mərkəzinin və İqtisadiyyat kafedrasının birgə təşkilatçılığı ilə keçirilən təqdimatda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. […]

Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş konfrans

2022-ci ilin 25 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan “Xocalı faciəsi: erməni terrorunun təzahürü” mövzusunda elmi konfrans keçirilib. Universitetin Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərovanın və İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Müşfiq Hüseynovun moderatorluğu ilə “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda MDU-nun akademik və inzibati heyət üzvləri, […]

Xocalı faciəsinin otuzuncu ildönümnə həsr olunmuş silsilə mühazirələr

2022-ci ilin 23-25 fevral tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda silsilə mühazirələr təşkil olunub. Tələbə və magistrantların iştirakı ilə “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən mühazirələrdə MDU-nun Humanitar fənlər kafedrasının akademik heyət üzvləri Mirzə Cavadov, Leyla Babayeva və Vüsalə Mövlayeva məruzələrlə çıxış ediblər. […]