Universitetdə “Narkomaniyaya yox deyək!” maarifləndirici tədbir
2022-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şəhər polis əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Tədbir bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə tələbələri maarifləndirmək və narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığını […]