Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası
2022-ci ilin 27 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. Əvvəlcə, iclasda “MDU-nun Türkiyə Respublikasının ali təhsil müəssisələri ilə əməkdaşlığı haqqında”, “Doktorant və dissertantların elmi-tədqiqat işlərinin vəziyyəti haqqında”, “Dövlət imtahanı […]