Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

Turizm Könüllüləri Təşkilatı Mingəçevir Dövlət Universitetində təqdimat keçirib

5 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Turizm Könüllüləri Təşkilatı (TKT) tərəfindən təqdimat keçirilib. Tədbirdə Turizm Könüllüləri İctimai Birliyinin direktoru Nurlana Paşayeva çıxış edərək, gəncləri turizmin dayanıqlı inkişafına dəstək verməyə çağırıb. Nurlana Paşayeva təşkilatın məqsəd və fəaliyyət istiqamətləri barədə məlumat verərək, turizm sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi və vətəndaş cəmiyyətinin formalaşdırılması yönündəki fəaliyyətlərini vurğulayıb. TKT-nin […]

Təbiət özü ahəng və gözəllik prinsipləri ilə qurulubsa, onu öyrənən elm də bu prinsiplərə sadiq qalmalıdır

Mingəçevir Dövlət Universitetinin “Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi” rəhbəri dos. Asim Şəfayət oğlu  Məmmədov ilə müsahibə: Sual 1. “Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi” nə vaxtdan fəaliyyət göstərir və onun yaradılmasının qayəsi haqqında qısa məlumat verə bilərsiniz? Cavab: “Dayanıqlı inkişaf və regional innovasiyalar tədqiqat mərkəzi” Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 23.12.2021-ci il tarixli, […]

Mingəçevir Dövlət Universitetinin (MDU) təbliğat-təşviqat qrupu Goranboy və Naftalan rayonları üzrə təhsil sektorunda fəaliyyətini davam etdirib

6 mat 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təbliğat-təşviqat qrupu Goranboy və Naftalan rayonları üzrə təhsil sektorunda fəaliyyətini davam etdirib. Tədbir çərçivəsində sektorun müdir əvəzi Əli Cəfərov ilə bir araya gəlinib və MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalovun salamları şagirdlərə çatdırılıb. Görüşlərdə məqsəd MDU haqqında geniş məlumat verərək, məktəbliləri universitetdə təhsil almaq […]

Bakı Avrasiya Universiteti Qazaxıstanın iki universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

2025-ci il martın 4-də ADA Universitetində keçirilən “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş “dəyirmi masa” çərçivəsində Bakı Avrasiya Universiteti (BAAU) Qazaxıstan Respublikasının nüfuzlu ali təhsil müəssisələrinədn olan L.N. Qumilyov adına Avrasiya Milli Universiteti (L.N. Gumilyov ENU) və Qazax Dövlət Qızlar Pedaqoji Universiteti (KNWTTU) ilə əməkdaşlıq memorandumu imzalayıb. Memorandumları BAAU-nun rektoru, dos. […]

Mingəçevir Dövlət Universitetində İqtisadi Tədqiqatlar Mərkəzinin növbəti iclası keçirilib

3 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadi Tədqiqatlar Mərkəzinin növbəti iclası baş tutub. İclas mərkəzin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Məmmədli Vüqar Əhməd oğlunun rəhbərliyi ilə keçirilib. Tədbirdə universitetin Elmi işlər üzrə prorektoru, Elm və innovasiyalar şöbəsinin müdiri, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, kafedra müdirləri və şura üzvləri iştirak ediblər. […]

Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır

Mingəçevir Dövlət Universitetinin Gənc Alimlər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Aygün Raqif qızı Qədirova ilə müsahibə: Sual: Aygün müəllim, Gənc Alimlər Şurasının yaradılmasının əsаs məqsədi nədir? Cavab: Şurаnın fəaliyyətinin əsаs məqsədi MDU-da fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi […]

Mingəçevir şəhər idman və pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir

Mingəçevir şəhər idman və pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış məşqçi-müəllim, idman ustası Smirnov Aleksandr Anatolyeviç 2025-ci il fefralın 28-də, ömrünün 66-cı baharında vəfat etmişdir. Aleksandr Smirnov 31 may 1959-cu ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əvvəlcə 6 saylı, sonra isə 13 saylı orta məktəblərdə təhsil almışdır. 1976-cı ildə Azərbaycan Bədən tərbiyəsi və idman İnstitutuna […]

Mingəçevir Dövlət Universitetində (MDU) Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən təşkil edilən Azad Mirzəcanzadə adına İnkişaf Proqramı çərçivəsində təqdimat keçirilib

25 fevral 2025 –ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən təşkil edilən Azad Mirzəcanzadə adına İnkişaf Proqramı çərçivəsində növbəti təqdimat keçirilib. Tədbirin əsas məqsədi gənclərin yaradıcı problem həlləri tapmaq, çevik və innovativ yanaşmalarla dayanıqlı gələcəyə töhfə vermək bacarıqlarını inkişaf etdirmək olub. Təqdimatda layihənin koordinatoru, RİİB-in üzvü Leyla Seyidzadə çıxış […]

İqtisadi inkişafa innovativ yanaşma zərurəti. MDU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, i.f.d., dosent Məmmədli Vüqar Əhməd oğlu ilə müsahibə

Sual: Mərkəzin fəaliyyətinin təşkili ilə bağlı nələri qeyd edə bilərsiniz? Cavab: Mərkəzin fəaliyyətinin təşkili ilə bağlı şura yaradılmış və mərkəzə üzvlər seçilmişdir. Üzvlər universitetimizin iqtisadi istiqamətli kafedralarının tədqiqatçılarından və universitetimizlə əməkdaşlıq edən elmi-tədqiqat müəssisələrinin əməkdaşlarından seçilmişdir. Tədqiqatçıların mərkəzə üzv olaraq dəvət edilməsində iqtisadiyyatın müxtəlif sahələrinin araşdırmaçıları olmalarına xüsusi diqqət yetirilmişdir. Sual: 2025-ci ildə Mərkəz tərəfindən görülmüş işlər barədə […]

MDU-da Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Xocalı – faciədən doğan intiqam” mövzusunda dəyirmi masa keçirilib

2025-ci il fevralın 26-da  Mingəçevir Dövlət Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalı – faciədən doğan intiqam” mövzusunda dəyirmi masa keçirilib. Universitetin Hümanitar fənlər kafedrasının Tarix Elmi Dərnəyinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada MDU-un bir qrup  müəllimi, Təhsil  və Mühəndislik  fakültələrinin tələbələri iştirak edib . Əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimiz və […]