Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

MDU tələbələri Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramını uğurla başa vurublar

Mingəçevir Dövlət Universitetinin (MDU) iqtisadiyyat profili üzrə bakalavriat və magistratura səviyyələrində ali təhsil alan 11 tələbəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) cari ilin iyul-sentyabr aylarında təşkil etdiyi Yay Təcrübə Proqramını uğurla başa vurub. Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov sözügedən proqramda universiteti təmsil edən bir qrup tələbə ilə görüşüb. Təhsil […]

Mingəçevir Dövlət Universitetində “Hirş indeksi və onun tətbiqi” mövzusunda növbəti seminarlar keçirilib

2022-ci ilin 5 və 7 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Hirş indeksi və onun tətbiqi” mövzusunda növbəti seminarlar keçirilib. Seminarlarda Təhsil, İqtisadiyyat və idarəetmə fakütlələrinin bir qrup akademik heyət üzvü iştirak edib. Şöbənin müdiri, dosent Vüqar Mustafayev təqdimatla çıxış edib. Təqdimatda elmi fəaliyyətdəki məhsuldarlığın ölçülməsi alətlərindən biri olan […]

MDU Seulda beynəlxalq İKT təlimində təmsil olunur

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev Cənubi Koreyanın paytaxtı Seul şəhərində Koreya Elm və İKT Nazirliyinin ev sahibliyi və NİPA-nın (National IT İndustry Promotion Agency) təşkilatçılığı ilə İKT sahəsində mütəxəssislər üçün təşkil olunan “AI & Edu-Tech” (Süni intellekt və Təhsil texnologiyaları) adlı təlimdə iştirak edir. 2022-ci ilin 10-20 oktyabr […]

MDU əməkdaşlarının məqaləsi Türkiyənin nüfuzlu elmi jurnalında dərc olunub

Mingəçevir Dövlət Universitetinin “Sənayenin təşkili və idarəetmə” kafedrasının müəllimləri Nuranə Abbasova-Zeynalova və Arifə Nəsibovanın Türkiyənin KTO Karatay Universitetinin resenziyalı nəşrlərindən olan “Konşimento” jurnalında türk dilində birgə məqaləsi dərc olunub. “Tarım sektörünün gelişiminde kitle fonlaması platformunun uygulama potansiyeli” (Kənd təsərrüfatı sektorunun inkişafında kraudfandinq platformasının tətbiqi potensialı) adlı məqalədə kraudfandinqin mahiyyəti və əsas xüsusiyyətləri, məşhur kraudfandinq platformaları, […]

MDU Ukraynada təhsil, elm və biznesin inteqrasiyasına həsr olunan beynəlxalq konfransa tərəfdaşlıq edib

2022-ci ilin 7 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və digər tərəfdaşların təşkilatçılığı, Kiyev Milli Texnologiya və Dizayn Universitetinin (Kyiv National University of Technologies and Design – KNUTD) evsahibliyi ilə “Qloballaşma şəraitində təhsil, elm və biznesin inteqrasiyası problemləri” mövzusunda IV Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Ukrayna, Almaniya, Böyük Britaniya, Polşa, Estoniya, Özbəkistan və digər ölkələrin ali […]

MDU kvant elminin və texnologiyalarının müasir trendlərinə həsr olunmuş Beynəlxalq yay məktəbində uğurla təmsil olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari ilin 22 sentyabr-2 oktyabr tarixlərində Bakı Dövlət Universiteti (BDU) və “VolkswagenStiftung” Fondunun birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq yay məktəbini uğurla başa vuran Mexanika kafedrasının laborantı Xəyalə Hüseynzadəni və həmin kafedranın müdiri Mahir İsmayılovu qəbul edib. “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusuna […]

Cari tədris ilində Mingəçevir Dövlət Universiteti Elmi Şurasının ilk iclası keçirilib

2022-ci ilin 5 oktyabr tarixində cari tədris ilində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının ilk iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlanılması və 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şura üzvlərini təbrik edib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Əvvəlcə, “2022/2023-cü tədris ili üçün MDU Elmi Şurasının iş planı” […]

MDU-da Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş keçirilib

2022-ci ilin 5 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Beynəlxalq Müəllimlər Günü münasibətilə bu ali təhsil müəssisəsinin bir qrup akademik heyət üzvü ilə görüş keçirib. Görüşdə Ş.Bayramov peşə bayramı münasibətilə MDU-nun bütün professor-müəllim heyəti üzvlərini təbrik edib, onlara elmi və pedaqoji fəaliyyətlərində uğrular arzulayıb. Müəllimlik fəaliyyətinin bütün dövrlərdə şərəfli peşə hesab olunduğunu […]

Mingəçevir Dövlət Universitetində ABŞ Səfirliyinin əməkdaşları ilə görüş

2022-ci ilin 4 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov ABŞ Səfirliyinin Mədəniyyət və təhsil işləri üzrə müşaviri Salman Haci, təhsil mütəxəssisi Ramina Mürşüdova və proqram koordinatoru Səbinə Abdullayeva ilə görüşüb. Görüşdə ABŞ Səfirliyinin region üzrə ingilis dili müşaviri Lotti Beyker, ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində MDU-da fəaliyyət göstərən […]

Mingəçevir Dövlət Universitetində “Hirş indeksi və onun tətbiqi” mövzusunda seminar

2022-ci ilin 28 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Hirş indeksi və onun tətbiqi” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Şöbənin müdiri, dosent Vüqar Mustafayev seminarda məruzə ilə çıxış edib. Hirş indeksinin (h-indeksi) elmi fəaliyyətin məhsuldarlığını ölçən alətlərdən […]