Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

2022-ci ilin 2 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi“ mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Konfransın açılışında çıxış edən Təhsil fakültəsinin dekanı Nizami Zeynalov İrəvan Müəllimlər Seminariyasının təhsilin […]

MDU əməkdaşı Seulda beynəlxalq təlimi uğurla başa vurub

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev 2022-ci ilin oktyabrın 10-dan 20-dək Cənubi Koreyanın paytaxtı Seul şəhərində “İKT mütəxəssisi hazırlığı proqramı 2022” (ICT Expert Training Program 2022) çərçivəsində keçirilən “Süni intellekt və Təhsil Texnologiyaları” beynəlxalq təlim kursunda (AI & Edu-Tech Course) iştirak edib. Koreya Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları  Nazirliyi və […]

Mingəçevir Dövlət Universitetində şəhid ailələri üzvləri ilə görüş keçirilib

2022-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov şəhid ailələrinin üzvləri ilə görüşüb. Görüşdə MDU-nun şəhid məzunları Kənan Abdullayev, Əzəmi Hüseynov və hazırda iki övladı bu ali təhsil müəssisəsində təhsil alan şəhid Yasən Əhmədovun  ailə üzvləri iştirak ediblər. Görüşdə Vətən uğrunda canlarını qurban verən qəhrəman şəhidlərin əziz xatirəsi dərin ehtiram və […]

Mingəçevir Dövlət Universitetində Zəfər Gününə həsr olunan sərgi keçirilib

2022-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin 8 noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunub. Tələbə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların istedadının üzə çıxarılması və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi işinə töhfə vermək məqsədi daşıyan sərgidə şəhid ailələrinin üzvləri, qazilər, MDU-nun akademik və inzibati heyəti, İctimai […]

MDU-da “Şuşa İli”nə həsr olunuş elmi-praktiki konfrans keçirilib

2022-ci ilin 2 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Şuşa İli”nə həsr olunmuş “Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsidir” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda MDU-nun akademik və inzibati heyəti, İctimai Nəzarət Şurasının üzvləri, KİV nümayəndələri, tələbə və magistrantlar iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin əziz […]

Qazi Universitetinin daha bir alimi MDU-da fəaliyyətə başlayıb

Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin Texnoloji fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə dosenti Sinan Toklu cari tədris ilində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov qonaq alimlə görüşüb. Qardaş ölkənin akademik heyət üzvünü salamlayan Ş.Bayramov son dövrdə Qazi Universiteti ilə yaradılan əməkdaşlığın MDU-nun modernləşməsi […]

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

2022-ci ilin 1 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasda “2023/2024-cü tədris ilinin tələbə qəbulu proqnozu layihəsi”, “Tədris prosesinin tədris-metodiki vəsaitlərlə təmin edilməsi vəziyyəti”, “MDU-da tədrisin keyfiyyətinin mövcud vəziyyəti” və “MDU-da İnformasiya texnologiyaları sahəsində fəaliyyət” haqqında hesabatlar dinlənilib. Aparılan […]

Mingəçevir Dövlət Universitetində açıq dərs: Torpağın mühafizəsi

2022-ci ilin 27 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində “Ümumi ekologiya” fənni üzrə “Torpağın mühafizəsi” mövzusunda açıq dərs keçirilib. MDU-nun “Fizika və ekologiya” kafedrasının müəllimi Aytac Cavadovanın apardığı açıq dərsi “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı, bir qrup akademik və inzibati heyət üzvü, Mingəçevirdə fəaliyyət göstərən 8 saylı Regional Ekologiya və […]

Mingəçevir Dövlət Universitetində növbəti tələbə elmi konfransı keçirilib

2022-ci ilin 27 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin (TEC) XIV elmi  konfransı keçirilib. Konfransda MDU-nun Təhsil fakültəsinin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Konfrası giriş sözü ilə açan fakültənin dekanı Nizami Zeynalov proqrama daxil olan məruzələrin […]

MDU-da “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib

2022-ci ilin 31 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir şəhər filialının təşkilatçılığı ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə filialın rəhbəri Adil Həsənov,  MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Tədbirdə giriş sözü ilə çıxış edən MDU rektorunun müşaviri Ramin […]