Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

MDU-da növbəti tələbə elmi konfransı keçirilib

2022-ci ilin 11 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) XV elmi konfransı keçirilib. Konfransda fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. Konfransın açılışında çıxış edən fakültənin dekan əvəzi Almaz Əliyeva gənclərin elmi potensialının üzə çıxarılması və onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsində tələbə elmi konfranslarının önəmini […]

Tələbələr Mingəçevir Tarix Müzeyinə ekskursiya edib

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və magistrantı Mingəçevir Tarix Müzeyinə ekskursiya ediblər. Ekskursiya zamanı tələbələr müzeyin fəaliyyəti ilə yaxından tanış olub və burada qorunub saxlanılan eksponatlara baxış keçiriblər. Tarix Muzeyi ilə tanışlıq maraqla qarşılanıb. Qeyd edək ki, ekskursiya Mingəçevir şəhərinin yaradılmasının 74 illiyi münasibətilə təşkil olunub.

Mingəçevir şəhərinin 74 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

2022-ci ilin 10 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərinin 74 illiyinə həsr olunan “Qalib ölkənin enerji mənbəyi: Mingəçevir” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Dəyirmi masada giriş sözü ilə çıxış edən MDU-nun Elm və innovasiyalar […]

Mingəçevir Dövlət Universitetində Konstitusiya Günü qeyd olunub

2022-ci ilin 12 noyabr tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə Konstitusiya Gününə həsr edilən elmi-nəzəri konfrans keçirilib. Konfransda şəhər İcra Aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, universitetin akademik, inzibati və tələbə heyəti, YAP Mingəçevir şəhər təşkilatının fəalları, ictimaiyyət nümayəndələri və […]

MDU kollektivi Zəfər Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib

2022-ci ilin 8 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik-inzibati heyət üzvü, tələbə və magistrantları Zəfər Günü münasibətilə Mingəçevir şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər. MDU kollektivi ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhərəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər. Qeyd edək ki, gənclərin […]

MDU kollektivi Zəfər Günü münasibətilə şəhid ailələrini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Zəfər Günü münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin, hazırda iki övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da […]

Səfirliyin, Türkiyə və Azərbaycan universitetlərinin iştirakı ilə Zəfər Günü qeyd olunub

2022-ci ilin 7 noyabr tarixində Azərbaycanın Türkiyədəki Səfirliyi, Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin KTO Karatay Universitetinin birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin ikinci ildönümünə həsr olunan tədbir keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil olunan tədbirdə hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak edib. Tədbirin açılışında çıxış edən Səfirliyin […]

MDU-da Zəfər Gününə həsr olunan mühaizrə keçirilib

2022-ci ilin 5 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “44 günlük Vətən müharibəsi Azərbaycan xalqının zəfər tarixidir” mövzusunda mühazirə keçirilib. Mühazirədə universitetin professor-müəllim heyəti üzvü, tələbə və magistrantları iştirak edib. Əvvəlcə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mühazirədə giriş sözü […]

MDU-da Zəfər Gününə həsr olunan ədəbi-bədii gecə keçirilib

2022-ci ilin 5 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, MDU-nun akademik və inzibati heyəti, İctimai Nəzarət Şurasının üzvləri, KİV nümayəndələri, tələbə və magistrantlar iştirak edib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından […]

Mingəçevir Dövlət Universitetində “Şuşa İli”nə həsr olunan tədbir keçirilib

2022-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Shusha – The pearl of Azerbaijan culture” (Şuşa – Azərbaycan mədəniyyətinin incisidir) adlı ingilis dilində tədbir keçirilib. Tədbirdə unversitetin və məktəbin inzibati və pedaqoji heyət üzvləri, tələbələr və şagirdlər iştirak ediblər. […]