Mingəçevir Dövlət Universitetində Riyaziyyat üzrə tələbə və şagirdlərin elmi-praktik konfransı keçirilib
2022-ci ilin 26 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Mükəmməl elm və təhsil səviyyəsinə gedən yol ümumtəhsil məktəblərindən keçir” devizi altında Riyaziyyat üzrə tələbə və şagirdlərin elmi-praktik konfransı keçirilib. Universitetin Təhsil fakültəsinin Riyaziyyat kafedrasının təşkilatçılığı ilə keçirilən konfransda ümumtəhsil müəssisələrinin direktorları, müəllimləri və şagirdləri, MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları […]