Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

MDU-da “Şuşa İli”nə həsr edilən dəyirmi masa keçirilib

2022-ci ilin 3 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr edilən “Tarixin, mədəniyyətin, qəhrəmanlığın, zəfərin simvolu – Şuşa!” mövzusunda dəyirmi masa keçirilib. Mingəçevir Tarix Muzeyində təşkil edilən dəyirmi masada MDU-nun Təhsil fakültəsinin  bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, Vətən […]

Mingəçevir Dövlət Universiteti ilə Britaniya Şurası arasında əməkdaşlıq məsələləri müzakirə edilib

2022-ci ilin 6 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva ilə görüşüb. Britaniya Şurasının ofisində keçirilən görüşün əsas məqsədi iki qurum arasında əməkdaşlığın yaradılması məsələlərinin müzakirə edilməsindən ibarət olub. Görüş iştirakçılarını salamlayan N.Hacıyeva Britaniya Şurasının başlıca fəaliyyət istiqamətlərindən, ali təhsil müəssisələri ilə işbirliyindən və bu çərçivədə […]

MDU-da müsahibəyə hazırlıqla bağlı təlim keçirilib

2022-ci ilin 30 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbə və magistrantlar üçün “Müsahibədə mən” adlı təlim keçirilib. Təlimdə MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Babək Hüsüyev təqdimatla çıxış edərək işaxtarma və işə müraciət qaydaları, müsahibəyə hazırlıq və müsahibədə diqqət yetirilməli nüanslar barədə ətraflı məlumat verib. Daha […]

“Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda konfransın işinə yekun vurulub

2022-ci ilin 2 dekabr tarixində Türkiyənin Qazi Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfransın işinə yekun vurulub. Noyabrın 30-dan başlayaraq “Zoom” platforması üzərindən onlayn formatda üç gün müddətində davam edən konfransda tərəfdaş universitetlərin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və […]

Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universiteti işbirliyi çərçivəsində “Şuşa İli” nə həsr olunan konfrans keçirilib

2022-ci ilin 2 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Qarabağda turizmin davamlı inkişafı: mövcud potensial, əsas hədəflər və Türkiyə təcrübəsi” mövzusunda konfrans keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant […]

MDU-da Elmi Şuranın növbəti iclası keçirilib

2022-ci ilin 1 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasda “Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlər haqqında” təkliflər müzakirəyə çıxarılıb. Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin […]

MDU tələbələri Mingəçevir Tarix Muzeyinə ekskursiya ediblər

2022-ci ilin 1 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələrin Mingəçevir Tarix Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiya “Turizm marşurutları və ekskursiya işinin təşkili” fənni üzrə “Tematik ekskursiyalar” mövzusunda keçirilən mühazirə çərçivəsində həyata keçirilib. Fənn müəllimi Lalə Məmmədova ekskursiyanın tələbələrin praktiki […]

Azərbaycan və Türkiyə universitetləri işbirliyində “Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunan elmi-praktik konfrans keçirilir

2022-ci ilin noyabrın 30-da Türkiyənin Qazi Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfransın işinə başlanılıb. Dekabrın 2-dək davam edəcək konfrans “30 noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunan “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində keçirilir. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda […]

Qazi Universiteti və MDU tələbələri arasında kibertəhlükəsizliklə bağlı birgə seminar keçirilib

2022-ci ilin 29 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində “Kibertəhlükəsizlik: əsas çağırışlar və müasir texnologiyalar” mövzusunda tələbə elmi-praktik seminarı keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər. Seminarın açılışında […]

MDU kollektivi Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və əməkdaşı Mingəçevir şəhərində yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət ediblər. MDU-nun Psixologiya və pedaqogika kafedrasının müəllimləri Nərgiz Niftəliyeva və Günel Nəcəfovanın müşayiəti ilə universitetin “Məktəbəqədər təhsil” ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələri Mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Ziyarət zamanı universitet kollektivi əqli cəhətdən zəif […]