MDU kollektivi şəhid ailələrini ziyarət edib
2023-cü il martın 7-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bu ali təhsil müəssisəsinin Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər. Ailə üzvləri ilə görüşlərdə MDU kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış universitetin qəhrəman məzunlarının əziz xatirəsini böyük hörmət […]