Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi seminar keçirilib

2023-cü ilin oktyabrın 19-da Mingəçevir Dövlət Universitetinin (MDU) Energetika kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “20 Oktyabr – Energetiklər Günü”nə həsr olunmuş “Mingəçeviri energetika mərkəzinə çevirən Ulu öndər Heydər Əliyev” mövzusunda elmi seminar keçirilib. Universitetin Energetika kafedrasının müdiri Ülkər Aşurovanın moderatorluğu ilə keçirilən elmi seminarda Mühəndislik fakültəsinin bir qrup akademik və inzibati heyət üzvü, […]

Mingəçevir Dövlət Universiteti Türkiyədə keçirilən beynəlxalq konqresdə tərəfdaş olub

2023-cü ilin 5-7 oktyabr tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) Konyada Beyşehirdə Səlcuq Universiteti Beyşehir Ali Akkanat Turizm fakültəsinin təşkilatçılığı və evsahibliyi ilə keçirilmiş I Beynəlxalq Göl Turizmi və Turizmdə Mövcud Trendlər Konqresinə (1st Internatıonal Lake Tourism And Current Trends In Tourism Congress – ILTC 2023) tərəfdaşlıq edib. Turizm sahəsində tanınmış adları, nüfuzlu alimləri, peşəkarları və […]

MDU alimlərinin məqalələri nüfuzlu elmi jurnalda dərc edilib

Mühəndisliyin Texniki və Fiziki Problemləri Beynəlxalq Təşkilatının (IOTPE) “Technical and Physical Problems of Engineering” adlı beynəlxalq jurnalının 2023-cü il tarixli 15-ci cild, 2-ci buraxılışında Mingəçevir Dövlət Universitetinin (MDU) 2 aliminin məqalələri dərc olunub. Scopus elmimetrik bazasında Q3 kvartili üzrə indeksləndirilən sözügedən beynəlxalq nüfuzlu elmi jurnalda MDU-nun Enenrgetika kafedrasının müəllimlərindən t.ü.f.d. Səadət Şıxəliyevanın “Elektrik ötürücü xətlərində […]

MDU-da dövlət qurumunda karyera imkanları ilə bağlı görüş keçirilib

2023-cü il oktyabrın 12-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” (DƏDKR) publik hüquqi şəxsin məsul əməkdaşları Mingəçevir Dövlət Universitetində (MDU) olublar. Rəhbər heyəti arasında ikitərəfli əməkdaşlığın potensial istiqamətləri və perspektivləri barədə müzakirələrdən sonra universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və məzunlarının  iştirakı ilə […]

MDU-da TESOL mütəxəssisi tərəfindən ingilis dili danışıq klubu fəaliyyət göstərir

Mingəçevir Dövlət Universitetində (MDU) TESOL mütəxəssisi Anna Cannonun təşkilatçılığı ilə ingilis dili danışıq klubunun fəaliyyətinə start verilib. Danışıq klubu MDU-nun tələbə və magistrantları, eləcə də əməkdaşları üçün nəzərdə tutulub. Həftədə 3 dəfə təşkil ediləcək danışıq klubunda iştirak etmək istəyənlər MDU-nun Xarici dillər kafedrasına müraciət edə bilərlər. Qeyd edək ki, A.Cannon ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən […]

MDU-da “Tyutor xidməti” təlim proqramının iştirakçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) 2023-cü ilin sentyabr ayında təşkil edilmiş “Tyutor xidməti” təlim proqramında iştirak etmiş bu ali təhsil müəssisəsinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə tyutor xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə ənənəvi olaraq hər tədris ilinin başlanğıcında keçirilən təlimlərin əhəmiyyətindən bəhs edən MDU-nun rektoru Şahin Bayramov bu proqramın təşkilində əməyi olanlara təşəkkürünü bildirib.  Təlimləri uğurla başa […]

MDU-da “Tyutor xidməti” təlim proqramının iştirakçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) 2023-cü ilin sentyabr ayında təşkil edilmiş “Tyutor xidməti” təlim proqramında iştirak etmiş bu ali təhsil müəssisəsinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə tyutor xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə ənənəvi olaraq hər tədris ilinin başlanğıcında keçirilən təlimlərin əhəmiyyətindən bəhs edən MDU-nun rektoru Şahin Bayramov bu proqramın təşkilində əməyi olanlara təşəkkürünü bildirib.  Təlimləri uğurla başa […]

MDU-da “Tədqiqat metodları” mövzusunda seminar keçirilib

2023-cü ilin oktyabrın 5-də Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Tədqiqat metodları” mövzusunda seminar keçirilib. Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) MDU-da fəaliyyət göstərən qonaq professoru Evren Güçer tərəfindən keçirilən seminarda magistrant, doktorant və gənc tədqiqatçılar iştirak ediblər. Seminarda elmi təqdiqatın aktuallığının əsaslandırılması, onun obyekt və predmetinin, məqsəd və vəzifələrinin, nəzəri-metodoloji […]

MDU-nun tərəfdaşlıq etdiyi Erasmus+ layihəsi çərçivəsində uğurlu sahibkarlarla görüşlər davam edir

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi (Virtual Youth Business Hubs İnternational Network- VEHUB4YOU)” Erasmus+ layihəsi çərçivəsində uğurlu sahibkarlarla keçirilən “Biznes çərşənbəsi” (Business Wednesday) adlı görüşlər davam edir. Onlayn formatda təşkil edilən görüşün növbəti qonağı “Zəfəroğlu İnşaat” şirkətinin təsisçisi, “Gəncə İş Adamları İctimai Birliyi”nin sədri və Gəncə şəhər İcra Hakimiyyəti […]

MDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

2023-cü ilin oktyabrın 5-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində 5 Oktyabr- Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik-inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman […]