MDU tələbəsi adlı təqaüdə layiq görülüb
Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin ikinci kurs tələbəsi Rövşən Ələkbərov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünə layiq görülüb. Bu münasibətlə, MDU-nun rektoru Şahin Bayramov tələbə R.Ələkbərovla görüşüb. Görüş zamanı MDU-nun Həmkarlar Təşkilatının sədri Ariz Abbasov və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli də iştirak ediblər. […]