Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

MDU-nun əməkdaşı “DIRNA” Erasmus+ layihəsi çərçivəsində Finlandiyada keçirilən təlimlərdə iştirak edir

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Jyvaskala Universitetində növbəti təlimlər keçirilir. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən nümayəndələrin iştirak etdiyi təlim proqramında MDU-nu İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təmsil edir. Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan ali təhsil sistemində keyfiyyətli tədqiqat […]

“Makroiqtisadiyyat” fənnindən “Ustad dərs”i

MDU-nun İqtisadiyyat kafedrasının Fəaliyyət Planına uyğun olaraq 16 aprel 2024-cü il tarixdə kafedranın baş müəllimi Günəş Şəfaqətov tərəfindən “Makroiqtisadiyyat” fənnindən İ22.1-2; MU22 qruplarında “Makroitisadi qeyri-sabitlik və inflyasiya” mövzusunda “Ustad dərs” təşkil edilmişdir. Dərsdə həmçinin “İqtisadiyyat və idarəetmə” fakultəsinin dekanı, “İqtisadiyyat” və “Sənayenin təşkili və idarəetmə” kafedralarının professor-müəllim heyəti və magistrantları iştirakı etmişdir. Dərsdə inflyasiya prosesinin […]

MDU-nun müəllimləri: Qarabağda yaşıl konsepsiya: ekoloji baxış və sağlam gələcək üçün həmrəylik tendensiyaları

Son zamanlar enerjiyə tələbat artdığından və yaranan enerji qıtlığına əsasən “yaşıl enerji” məsələsi aktual məsələlərdəndir. Enerji resursları və potensialı ilə zəngin olan ölkəmiz isə bu mənada bir sıra dövlətlərin maraq dairəsindədir. Azərbaycanla tərəfdaşlıqda maraqlı olan ölkələrin sayı artır, çünki ölkəmiz dünyanın enerji tələbatını, həmçinin, öz potensialını nəzərə alaraq, bu sahədə mövcud təlabata uyğun olaraq məqsəd […]

MDU nümayəndə heyəti “QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış ali təhsil müəssisələrinin birinci görüşü”ndə iştirak edir.

22-23 aprel tarixlərində Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə təşkilata üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilir. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən […]

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Novruz Bayramı münasibətilə tədbir keçirilib. Universitetin həyətində təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər Təşkilatının, Mingəçevir şəhər təhsil sektorunun rəhbərliyi, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik-inzibati heyəti, professor-müəllimləri, tələbə və magistrantları iştirak edib. Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edərək xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi […]

Mingəçevir ictimaiyyətinə ağır itki üz vermişdir

Mingəçevir ictimaiyyətinə ağır itki üz vermişdir Niftəliyev Fazil Səbzəli oğlu 18 mart 2024-cü il tarixdə vəfat etmişdir. Fazil Niftəliyev 1937-ci il sentyabr ayının 15-də Ağdaş rayonunun Hüşün kəndində anadan olmuşdur. 1947-1957-ci illərdə Ağdaş rayon Kükəl kənd orta məktəbində təhsil almışdır. 1958-1961-ci illərdə Leninqrad vilayətində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Fazil Niftəliyev hərbi […]

MDU-da akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd edilib

2023-cü il dekabrın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun Təhsil fakültəsinin […]

Mingəçevir Dövlət Universitetində GEOLAB laboratoriyasının açılışı olub

2023-cü il dekabrın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinin tərəfdaşı olduğu “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar – GEOCLIC” adlı Erasmus+ layihəsi çərçivəsində yaradılan GEOLAB laboratoriyasının açılış mərasimi keçirilib. Laboratoriyanın açılışında “Azərbaycan İES” MMC, “Mingəçevir SES” MMC, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Mingəçevir şəhər […]

MDU tələbəsi Savate idman növü üzrə Azərbaycan birinciliyinin qalibi olub

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin “Turizm bələdçiliyi” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Bəxtiyar Mehdiyev Savate (fransız boksu) idman növü üzrə Azərbaycan birinciliyinin qalibi olub. Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov tələbə B.Mehdiyevi təbrik edib, universiteti və Mingəçeviri layiqincə təmsil etdiyinə görə ona təşəkkürünü bildirib və yeni-yeni nailiyyətlər arzulayıb. B.Mehdiyev […]

“Heydər Əliyev adına təqaüd”ə layiq görülən MDU tələbələri ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Heydər Əliyev adına təqaüd”ə layiq görülən bu ali təhsil müəssisəsinin Təhsil fakültəsinin üçüncü kurs tələbələri Qənirə Hüseynova (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası) və Nərmin Qədimli (Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası) ilə görüşüb. Ölkə üzrə “Heydər Əliyev adına təqaüd”ə layiq görülən 100 tələbə sırasında MDU-nun 2 […]