MDU rektoru şəhid məzunların ailələrini ziyarət edib
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov və bir qrup əməkdaş 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn universitetin məzunları Əzəmi Hüseynov, Kənan Abdullayev və Oruc Nəcəflinin ailələrini ziyarət edib. Görüş zamanı şəhid məzunlar haqqında xatirələrdən danışılıb. Onların vətənpərvərliyi, fədakarlığı və qəhrəmanlığı yüksək dəyərləndirilib. Bildirilib ki, şəhid məzunların əziz xatirəsi universitetdə hər zaman yad olunacaq. […]