Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

MDU-da “Turizm hüququ” fənnindən təqdimatlar

Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsi Turizm işinin təşkili ixtisası üzrə təhsil alan Tİ22.2 saylı qrupda “Turizm hüququ” fənnindən tələbələrdən Tayfun Ağasıyev , Aişə Hacıyeva, Nicat Əhmədov və Rəşad Həsənovun “Turoperator və turagentlərin hüquqi statusunun tənzimlənməsi problemi” mövzusunda təqdimatları digər tələbələrin diqqətinə çatdırılmışdır. Yüksək səviyyədə hazırlanan təqdimatlarda Dövlət Statistika Komitəsinin rəsmi statistik rəqəmlərindən də […]

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri ilə maarifləndirici görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsi, tələbələrin maarifləndirilməsi məqsədilə qrup nümayəndələri ilə məlumatlandırıcı görüş keçirib. Görüşdə əsas diqqət universitetin keyfiyyət təminatı siyasətinə və tələbələrin bu prosesdə fəal iştirakına yönəldilib. Şöbənin fəaliyyəti və universitetin keyfiyyət təminatı siyasəti haqqında ətraflı məlumat verilib.Təhsil fəaliyyətinin universitetin strateji inkişaf planına uyğun planlaşdırılması vurğulanıb. Tələbələrlə interaktiv fikir […]

Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın 2024/2025-ci tədris ili üçün ilk iclası keçirilib

2024-cü il sentyabrın 30-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə ilk iclası keçirilib. MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. İclasda “2024/2025-ci tədris ili üçün Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının iş planının təsdiq edilməsi haqqında”, “2023/2024-cü tədris […]

MDU-da “Effektiv ünsiyyət” mövzusunda təlim keçirilib

2024-cü ilin 27 sentyabrında Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və Karyera İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Effektiv Ünsiyyət” mövzusunda təlim keçirilib. Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıxovun təqdimatı ilə keçirilən təlimdə MDU-nun gənc əməkdaşları və tələbələri iştirak edib. Təlimin 27 sentyabr – Anım Gününə təsadüf etdiyi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu […]

Zəfər yolumuzun Anım məqamı – 27 sentyabr

2024-cü ilin 27 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Zəfər yolumuzun Anım məqamı – 27 sentyabr” mövzusunda mühazirə təşkil olunub. Mühazirə 27 sentyabr – Anım Günü münasibətilə keçirilib və tədbir Azərbaycan xalqının qəhrəmanlıq tarixi, Vətən müharibəsində qazanılan böyük zəfər və torpaqlarımızın işğaldan azad olunması prosesinə həsr edilib. MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbir […]

MDU-da elektron universitet modelinin yaradılması ilə bağlı növbəti razılaşma əldə edilib

Mingəçevir Dövlət Universitetində (MDU) mdu.digitaledu.az saytı üzərindən qurulan “DigitalEdu” elektron universitet platforması ilə bağlı “TIM Consulting” şirkəti ilə növbəti əməkdaşlıq müqaviləsi imzalanıb. Bu münasibətlə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov “TIM Consulting” şirkətinin rəhbəri Teymur Hacıyev ilə görüş keçirib. Görüşdə Rəqəmsal İnkişaf və Layihələrin İdarə olunması Şöbəsinin müdiri Elçin Tağıyev də […]

Mingəçevir Dövlət Universitetində Anım Günü qeyd edilib

25 sentyabr 2024-cü ildə Mingəçevir Dövlət Universitetində (MDU) 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Zəfərə aparan Vətən müharibəsinin başlandığı gün” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər. Tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. MDU-nun […]

Mingəçevir Dövlət Universitetində Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

26 sentyabr 2024-cü ildə Mingəçevir Dövlət Universitetində (MDU) 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Şərəf və Zəfər tarixi – 27 sentyabr” mövzusunda dəyirmi masa keçirilib. MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantlarının iştirak etdiyi tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova giriş nitqi ilə çıxış edərək, əvvəlcə […]

MDU-da seminar: Hotel və mehmanxana işinin təşkili

2024-cü ilin 23 sentyabrında Mingəçevir Dövlət Universitetinin (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Hotel və mehmanxana işinin təşkili” mövzusunda seminar keçirilib.  Seminarda universitetin bir qrup professor-müəllim heyəti üzvü və turizm ixtisasları üzrə təhsil alan tələbələri iştirak edib. İlk olaraq Mingəçevir Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev idarə haqqında geniş məlumat verib. Bildirib ki, […]

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri ilə görüş keçirilib

2024-cü il sentyabrın 23-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri ilə görüşərək, onlara uğurlar arzulayıb. Bütün auditoriyalara ayrı-ayrılıqda daxil olan prorektor tələbələrə universitet haqqında ətraflı məlumat verib, təhsilin əhəmiyyətindən, qarşıda duran hədəflərdən bəhs edib, […]