Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

Mingəçevir Dövlət Universiteti Özbəkistanda “Study in Azerbaijan” sərgisində təmsil olunub

Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilən “Study in Azerbaijan” sərgisində Mingəçevir Dövlət Universiteti (MDU) də iştirak edib. 27–31 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə baş tutan sərgidə universiteti Beynəlxalq Əməkdaşlıq Ofisinin koordinatoru Samirə Əhmədova təmsil edib. Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev və Azərbaycan […]

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

2025-ci ilin 30 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2024/2025-ci tədris ilinin yaz semestri üzrə növbəti iclası keçirilib. MDU-nun rektoru Anar Eminov iclasın gündəliyindəki məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. Daha sonra universitetin İnsan Resursları şöbəsinə müdir təyin olunan Əmrah Qürbətov və Həmkarlar İttifaqı Komitəsinə sədr seçilən Elçin Tağıyev Şura üzvlərinə təqdim olunub. Onlara […]

Mingəçevir Dövlət Universitetində Magistrantların VII elmi-nəzəri konfransı keçirilib

24 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində magistrantların VII elmi-nəzəri konfransı keçirilib. Tədbirin məqsədi magistrantların elmi fəaliyyətini təşviq etmək, onların tədqiqat istiqamətlərini dəstəkləmək və gənc tədqiqatçılar arasında elmi müzakirə mühitini formalaşdırmaq olub. Konfransda əvvəlcə Vətən uğrunda canlarını fəda edən şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib. Tədbir universitetin rektoru […]

Mingəçevir Dövlət Universitetində imtahan prosesi ilə bağlı yeniliklər edilib

Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrlə aparılan görüşlər və daxil olan sorğuların nəticələrinə əsasən imtahan prosesi ilə bağlı bir sıra mühüm dəyişikliklərlə bağlı yeni qərarlar qəbul edilib. Qəbul edilən qərarlar universitetin imtahan sistemində daha obyektiv qiymətləndirmə və şəffaflığın təmin edilməsi məqsədi daşıyır. • Elektron jurnala tam şəkildə keçid: Qərar qəbul edildiyi andan etibarən 20 gün ərzində […]

Təhsildə innovativ həllərin təklifi yönündə keçirilən“EduHack 2025: Innovating the Future of Learning” hakatonuna start verilib

2025-ci il 19 aprel tarixində Bakı Avrasiya Universiteti (BAAU), Azərbaycan Respublikasının Gənclər Fondu, Niğde Ömer Halisdemir Universiteti (NOHU), Məlhəm Beynəlxalq Hospitalının,  Azərbaycan Tələbə Gənclər Təşkiatları İttifaqı (ATGTİ) və Türkiyə-Azərbaycan Universiteti (TAU) birgə təşkilatçılığı ilə “EduHack 2025: Innovating the Future of Learning” hakatonu 2025-ci ilin 19 aprel tarixində start götürüb. Bakı Konqres Mərkəzində  başlayan hakatonda Gənclər […]

Mingəçevir Dövlət Universitetində “Təhsildə ölçmə və dəyərləndirmədə əsas anlayışlar” mövzusunda ustad dərs

21 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri üçün onlayn formatda ustad dərsi təşkil edilib. Mühazirə Türkiyənin Düzce Universitetinin Təhsil fakültəsinin Təhsil elmləri bölməsinin dosenti Bahar Şahin Şarkın tərəfindən “Təhsildə ölçmə və dəyərləndirmədə əsas anlayışlar” mövzusunda olub. Dərsin əsas məqsədi tələbələrin təhsildə ölçmə və dəyərləndirmə […]

Mingəçevir Dövlət Universitetində startap, brendinq və karyera imkanları üzrə əməkdaşlıq görüşü keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) innovasiya, startap ekosistemi, brendinq və karyera imkanları mövzusunda mühüm görüş baş tutub. Görüşdə bir sıra nüfuzlu qurumların rəhbər şəxsləri iştirak ediblər. Görüş iştirakçıları arasında Netline Technology şirkətinin direktoru Fərid Əmirov, HBN Group şirkətinin icraçı direktoru Tariyel Dövlətov, Təlim və inkişaf şöbəsinin müdiri Məleykə Bədəl, Business Class Azerbaijan şirkətinin brend meneceri Rəşad […]

Mingəçevir Dövlət Universitetində “İnnovasiya və yaradıcı düşüncə” mövzusunda təlim keçirilib

17 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “İnnovasiya və yaradıcı düşüncə” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimin əsas məqsədi tələbələrdə və gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və bu bacarıqların gələcək peşəkar fəaliyyətlərində tətbiqi imkanları barədə məlumatlandırmaq olub. Təlimçi MDU-nun Biznes və menecment kafedrasının […]

Mingəçevir Dövlət Universiteti və Türkiyənin Düzcə Universitetinin birgə təşkilatçılığı ilə Beynəlxalq Enerji Forumu öz işinə başlayıb

17 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Düzcə Universitetinin birgə təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Enerji Forumu Düzcə Universitetinin ev sahibliyi ilə öz işinə başlayıb. İki gün davam edəcək Forumun əsas məqsədi enerji istehsalı sahəsindəki innovasiyaların müzakirəsi, təmiz enerjiyə keçid proseslərinin təhlili və bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılmasıdır. Forumun açılış […]

Mingəçevir Dövlət Universiteti Greentech2 startap müsabiqəsinin final mərhələsində 5 komanda ilə təmsil olunacaq

16 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov Greentech2 startap müsabiqəsinin final mərhələsində iştirak edəcək tələbələrlə görüş keçirib. Görüş zamanı rektor komandaların nümayəndələri ilə səmimi söhbət apararaq onların layihələri haqqında ətraflı məlumat alıb və onlara uğurlar arzulayıb. O, universitetin daim tələbələrin innovativ fəaliyyətlərini dəstəklədiyini vurğulayıb. Qeyd edək ki, 17 aprel tarixində Azərbaycan Texnologiya […]