Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

Mingəçevir Dövlət Universitetində 8 noyabr “Zəfər günü”nə həsr edilmiş Idmanın voleybol növü üzrə kurslararası universitet birinciliyi davam edir

Xəbər verdiyimiz kimi Mingəçevir Dövlət Universitetində “Zəfər günü”nə həsr edilmiş idmanın voleybol növü üzrə kurslararası oğlanlar arasında universitet birinciliyinə start verilmişdir. Mübarizəyə qoşulan 9 komanda 25.10.2024 – 15.11.2024-cü il tarixlərdə oyunlarda iştirak edir. Gərgin keçən mübarizə şəraitində I tur başa çatmış, II turun oyunlarına start verilmişdir. Yarışda tələbə-gənclər əzimlə mübarizə aparıblar. Yarışlar Mingəçevir Dövlət Universitetinin […]

Mingəçevir Dövlət Universiteti “Yaşıl həmrəylikdən təhlükəsiz gələcəyə doğru” Ekoloji Forum Keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində mühüm tədbir – “Yaşıl Həmrəylikdən Təhlükəsiz Gələcəyə Doğru” Ekoloji Forum keçirilib. Forum Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti və Mingəçevir regional “ASAN xidmət” Mərkəzinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi, Mingəçevir Regional […]

Mingəçevir Dövlət Universitetində “Doğru hədəfə doğru” təlimi keçirilib

30 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetinin Təcrübə və Karyera İnkişafı Mərkəzi tərəfindən tələbə və məzunlar üçün “Doğru hədəfə doğru” adlı təlim təşkil olunub. Təlimin məqsədi tələbə və məzunlara məqsəd və hədəflərin müəyyənləşdirilməsi, onlara çatmaq üçün effektiv strategiyaların öyrədilməsi və qarşıya çıxacaq potensial səhvlərin aradan qaldırılması yollarını göstərmək idi. Təlimdə iştirakçılar məqsəd və hədəf […]

Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində konfrans keçirilib

28 oktyabr 2024-cü il tarixdə Mingəçevir Dövlər Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl iqtisadiyyat və yeni iqtisadi modellər” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Əvvəlcə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Nüşabə Qədimli çıxış edərək Tədris ili ərzində iki dəfə Tələbə Elmi Cəmiyyətinin konfranslarının təşkil edildiyi qeyd edilib. […]

Mingəçevir Dövlət Universiteti (MDU) Elsevier və Clarivate-in birgə elmmetriya proqramında təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Nurlan Əzizli, Elsevier və Clarivate şirkətlərinin tarixdə ilk dəfə birgə həyata keçirdiyi elmmetriya üzrə mütəxəssis hazırlığı proqramında iştirak edərək, universitetimizi uğurla təmsil edib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilən dörd aylıq hazırlıq proqramı, ölkədə “Scopus” və “Web of Science” kimi […]

BAAU-da “Dialektologiya” dərs vasitinin təqdimatı keçirilib

Bakı Avrasiya Universitetində (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə filologiya elmləri doktoru, professor Həcər Hüseynovanın “Dialektologiya” dərs vəsaitinin təqdimatı keçirilib. Universitetin konfrans zalında keçirilən tədbirdə BAAU-nun akademik-inzibati heyəti, tələbə və magistrantlar iştirak ediblər. BAAU-nun Elmi Şurasının 2023-cü il 19 dekabr tarixli müvafiq protokoluna əsasən nəşr olunan vəsait Azərbaycan dialektlərinin tədqiqi tarixinə dair […]

Mingəçevir Dövlət Universitetində 08 noyabr “Zəfər günü”nə həsr edilmiş idmanın voleybol və basketbol növləri üzrə kurslararası universitet birinciliyinə start verilib

25.10.2024 – 15.11.2024-cü il tarixlərdə Mingəçevir Dövlət Universitetində “Zəfər günü”nə həsr edilmiş idmanın voleybol üzrə kurslararası universitet birinciliyinə 9 komanda mübarizəyə qoşulub. Gərgin keçən mübarizə şəraitində I turun oyunları davam edir. Yarışda tələbə-gənclər əzimlə mübarizə aparıblar. Yarışlar Mingəçevir Dövlət Universitetinin İdman-Sağlamlıq Kompleksində keçirilir. Yarışların keçirilməsində məqsəd tələbə-gənclər arasında fiziki tərbiyəni və idman işlərini daha da […]

BAAU ilə Təhsil Tələbə Krediti Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb

2024-cü il oktyabrın 25-də Bakı Avrasiya Universiteti (BAAU) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu (TTKF) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İmzalanma tədbirindən öncə BAAU-nun rəhbərliyi ilə TTKF-nin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə BAAU-nun rektoru dosent Səyavuş Qasımov və TTKF-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov […]

Mingəçevir Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişmələrinin Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda seminar keçirilib

25 oktyabr 2024-cü il tarixində baş tutan seminara universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekan əvəzi, dosent Nüşabə Qədimli çıxışında Azərbaycanda iqlim dəyişmələrinin iqtisadiyyata təsirindən bəhs edərək bildirdi ki, bu dəyişikliklər kənd təsərrüfatı, su ehtiyatları və enerji sektorunda ciddi təsirlərə səbəb olur. Həmçinin, iqlim dəyişmələri nəticəsində su çatışmazlığı, məhsuldarlığın azalması və təbii fəlakətlərin artması kimi problemlər […]

Mingəçevir Dövlət Universitetində “Məişət zorakılığına qarşı hamılıqla mübarizə aparaq” mövzusunda elmi-praktiki seminar keçirilib

Oktyabrın 24-də Mingəçevir Dövlət Universitetində “Məişət zorakılığına qarşı hamılıqla mübarizə aparaq” mövzusunda elmi-praktiki seminar keçirilib. Bu tədbir, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil olunub. Seminarda Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elşən Əliyev, […]