MDU-da futbol üzrə birincilik başa çatıb
Mingəçevir Dövlət Universitetinin Dövlət Müstəqilliyi gününə həsr etdiyi futbol üzrə kurslararası universitet birinciliyi başa çatıb. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər Stadionunda baş tutan birincilikdə 6 komanda mübarizə aparıb. Oyunlar olimpiya sistemi üzrə keçirilib. Finalda İqtisadiyyat və idarəetmə fakültəsinin iki komandasının tələbələri qarşılaşıblar. Nəticədə III kurs tələbələri 5:3 hesabı ilə II kurs tələbələri üzərində qalib gəliblər. […]