Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

MDU alimi Mayıl İsmayılov Sloveniyanın Universitetində mühazirə deyib. Azərbaycanın Qəhrəman oğlu Mehdi Hüseynzadənin (Mixaylonun) qəbrini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, respublikanın əməkdar müəllimi Mayıl İsmayılov Erasmus+ proqramı çərçivəsində Sloveniyada Novo-Qoriça Universitetində mühazirə deyib. Mayıl İsmayılov Novo-Qoriça Universitetinə müəllim mübadiləsi ilə yanaşı, Azərbaycanın böyük şairi Nizami Gəncəvi irsinin Sloveniyada öyrənilməsi məqsədilə dəvət olunmuşdur. Mayıl İsmayılov mühazirələrdə bildirib ki, Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı […]

Mingəçevir Dövlət Universitetinə növbəti 5 il üçün Akkreditasiya Sertifikatı təqdim olundu

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsi tərəfindən daxil olan müvafiq məktuba əsasən Mingəçevir Dövlət Universiteti Akkreditasiyadan keçməli idi. Buna müvafiq olaraq Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevin müvafiq əmrilə Öüzünütəhlil Komissiyası yaradılmışdır. 2018-ci il oktyabr ayının 16-21 tarixlərində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsi tərəfindən kommisiya universitetin akkreditasiya işlərinə başladılar. […]

Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

31 may – 01 iyun 2019-cu il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun, Mingəçevir Dövlət Universitetinin və Mingəçevir şəhər Təhsil Şöbəsinin birgə “Azərbaycan Respublikasının dövlət quruculuğu siyasətində dil amili” mövzusunda elmi-praktik konfransı keçirilib. Konfransı giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev açıb. Bildirib ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya […]

Mingəçevirdə daha bir yol-nəqliyyat hadisəsi

Mayın 25-də  axşam saat 20:00 radələrində Mingəçevir şəhər Heydər Əliyev prospektində “Orxan” bazarı qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, BMV X5 markalı avtomobilin sürücüsü Samir adlı şəxs yüksək sürətlə hərəkət etdirdiyi avtomobildə idarəetməni itirərək qarşıda gedən LADA Niva 2121 markalı 99 DD 636 dövlət nömrə nişanlı avtomobili arxadan vurmuşdurş. Nəticədə zərbədən BMV X5 markalı […]

Avropalı qonaqlar MDU-da

Mayın 21 və 22 Mingəçevirdə “Avropa İttifaqı Günləri” keçirilib. Tədbirin davamı olaraq, mayın 22-də Avropanın 5 ölkəsinin səfiri və onları müşayət edən nümayəndələr Mingəçevir Dövlət Universitetini ziyarət ediblər. Qonaqları müşayət edən Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova, beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədova rektor Akif Hacıyevin salamlarını yetiriblər. Qonaqlar əvvəlcə universitetin […]

MDU-da idman turnirləri başa çatıb

Mingəçevir Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbirlər planına uyğun olaraq idmanın voleybol, şahmat, dama, stolüstü tennis və mini-futbol növləri üzrə qruplararası universitet birinciliyi keçirilmişdir. Voleybol üzrə 11 komanda birinciliyə qoşulmuşdur. Gərgin keçən keçən mübarizə şəraitində İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs İ16.1,2 komandası – I yerə, İqtisadiyyat və idarəetmə […]

MDU-da Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair Milli Strategiya müzakirə olundu

Mingəçevir Dövlət Universiteti Mühəndislik fakültəsində “Fizika və ekologiya” kafedrasının təşkilati dəstəyi ilə “Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair Milli Strategiya”nın həyata keçirilməsinə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminarda Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Məhluqə Cavadova, Mingəçevir Bələdiyysinin Yerli ekoloji məsələlərə dair komissiyanın sədri Sahib Hüseynov, Mingəçevir […]

MDU-da Karyera mərkəzinin təşkilati dəstəyi ilə təlim keçirilib

Mingəçevir Dövlət Universiteti Karyera mərkəzinin direktoru Üzeyir Zeynalov növbəti təlimin CV-nin tərtib olunması və hazırlanması qaydalarının öyrənilməsinə həsr edildiyini qeyd edib. Təlim “Sənayenin təşkili və idarəetmə” kafedrasının baş müəllimi Zaur Rəsulov tərəfindən keçiriləcəyini bildirib. Tələbələri salamlayan Zaur Rəsulov bildirib ki, CV və onun tərtibi karyera qurulmasının ilk mərhələlərində diqqət yetiriləcək məqamlardandır. CV (Curriculum vitae – […]

MDU-da “Sənayenin təşkili və idarəetmə” kafedrasının təşkilati dəstəyi ilə elmi seminar keçirilib

Mingəçevir Dövlət Universitetində “Sənayenin təşkili və idarəetmə” kafedrasının təşkilati dəstəyi ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyəti haqqında” mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dosent Emiliya Hüseynova açıb. Bildirib ki, son on ildə Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində […]

MDU-da Ümummilli liderə həsr olunan Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

Mingəçevir Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin VII elmi-nəzəri konfransı keçirilib. Konfransı giriş sözü ilə Mingəçevir Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Günəş Şəfaqətov açmışdır. Şuşa şəhərinin işğal olmasının 27-ci ildönümü ilə əlaqədar Şuşada və Azərbaycanın bütövlüyü uğrunda həlak olan qəhrəman oğul […]