Mingəçevir Dövlət Universitetinin tələbələri Bakı Dövlət Universitetində təhsil alacaqlar
Mingəçevir Dövlət Universitetinin (MDU) iki tələbəsi 2019/2020-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetində (BDU) təhsil almağa başlayıb. Tələbə mübadiləsi iki universitet arasında 2019-cu ilin 30 sentyabr tarixində imzalanmış əməkdaşlıq haqqında protokol sayəsində mümkün olub. Mübadilədə iştirak üçün tələbə seçimi zamanı yüksək akademik nailiyyətlər, MDU-nun ictimai həyatında fəal iştirak və digər bu kimi meyarlar əsas […]