Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” mövzusuna həsr edilmiş XVIII elmi konfransı keçirilib
2024-cü ilin noyabrın 29-da Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” mövzusuna həsr edilmiş XVIII elmi konfransı keçirilib. Konfransda MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov, universitet TEC-in sədri b/m. Günəş Şəfaqətov ilə yanaşı, bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. […]