#Evdəqal
Mingəçevir şəhər Texniki humanitar liseyin 1d sinfinin şagirdindən Prezidentimizə dəstək.
Browsing author
Mingəçevir şəhər Texniki humanitar liseyin 1d sinfinin şagirdindən Prezidentimizə dəstək.
Koronavirusla mübarizə apardığımız bu günlərdə Mingəçevir Dövlət Universiteti öz fəaliyyətini necə qurur? İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə qlobal pandemiyaya qarşı mübarizə sahəsində ölkəmizdə sistemli şəkildə həyata keçirilən qabaqlayıcı və preventiv tədbirləri qeyd etmək lazımdır. Müsbət haldır ki, Azərbaycan virusun yayılmasının qarşısının alınması, infeksiyanın milli iqtisadiyyata mümkün mənfi təsirlərinin […]
Mingəçevir Dövlət Universitetində (MDU) keçirilmiş “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransının materialları kitab şəklində dərc olunub. Qeyd edək ki, sözügedən konfrans Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2019-cu ildə keçirilməli olan beynəlxalq və respublika səviyyəli elmi konfrans […]
“Dünyanı bürümüş koronavirusa qarşı mübarizədə həmrəyliyimizi bir daha nümayiş etdirmək və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayətlə bağlı maarifləndirməyə töhfə vermək məqsədilə Mingəçevir Dövlət Universiteti (MDU) ailəsinin bütün üzvlərini vahid formatlı Facebook profil şəklindən istifadəyə dəvət edirik. Koronavirusa birgə qalib gələk!”
2020-ci ilin 23 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbədənkənar iclası keçirilib. İlk dəfə olaraq online formatda keçirilən Elmi Şuranın iclasında koronavirusla mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən irəli gələn vəzifələr və mövcud şəraitdə MDU-da tədrisin təşkili məsələləri müzakirə olunub. MDU-nun rektoru Şahin Bayramov bütün dünyanı bürümüş koronavirus (COVID-19) ilə mübarizə sahəsində dövlət […]
Mövcud vəziyyətlə əlaqədar olaraq, tədris prosesində davamlılığın təmin edilməsi üçün Mingəçevir Dövlət Universitetində (MDU) dərslərin online və offline rejimdə təşkilinə başlanılıb. Bu məqsədlə, “ZOOM” platforması və “Videodərslər” kimi distant təhsil texnologiyalarının imkanlarından istifadə edilir. Belə ki, universitetdə məsafədən təhsil sahəsində beynəlxalq təcrübədə geniş yayılmış “ZOOM” platformasının video-konferensiya alətinin tətbiqi ilə müəllim və tələbələr arasında bağlantı yaradılır. Video-konferensiya […]
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın aşağıdakı MƏLUMATI-nı bir daha diqqətinizə təqdim edirik. Qoyulan tələblərə riayət etməyiniz tövsiyə olunur. Məlum olduğu kimi, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə […]
13 mart 2020-ci il tarixində Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən Mingəçevir Dövlət Universitetinin (MDU) bütün tədris binalarında, həyətyanı ərazilərdə, dəhlizlərdə, auditoriya və laboratoriyalarda, inzibati otaqlarda, idman zalında, kitabxanalarda, sanitar qovşaqlarda və digər köməkçi tikililərdə koronavirusa (COVID-19) qarşı təkrar tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Qeyd edək ki, MDU-da növbəti dəfə keçirilən tədbir Azərbaycan Respublikasının ərazisində […]
02 mart 2020-ci il tarixdə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində cari tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight Mingəçevir Dövlət Universitetində növbəti seminarını həyata keçirib. Professor Richard Schlight 1-ci təlimdə Mingəçevir Dövlət Universitetinin “Xarici dillər” kafedrasının əməkdaşlarına və “Xarici dil müəllimliyi” (ingilis dili üzrə) […]
2020-ci ilin 04 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Kapital Bank arasında potensial əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Kapital Bank-ın Mingəçevir filialında keçirilən görüşdə MDU-nun rektoru Şahin Bayramov, Kapital Bankın Korporativ satışlar departamentinin əməkdaşları Vasif Hüseynov və Elmar Ləmbəranski, filialın müdiri Elşən Qasımov və MDU-nun müəllimi Arif Kələşov iştirak ediblər. MDU-nun əsas […]