Mingəçevir Dövlət Universitetinin komandası Azərbaycan və Türkiyə universitetləri arasında “Virtual Hackathon–2020” müsabiqəsində uğurla iştirak edib
Bakı, 5 may, AZƏRTAC Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Azərbaycan və Türkiyə universitetləri arasında keçirilən “Virtual Hackathon–2020” müsabiqəsi başa çatıb. “Biz birlikdə güclüyük” adlı müsabiqə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və […]