Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihənin ilk təlimi başa çatıb
2020-ci ilin 27 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti (University of Siegen) arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihənin ilk təlimləri başa çatıb. 23-27 noyabr 2020-ci il tarixlərində “ZOOM” platforması üzərindən online formatda təşkil edilən ilk təlimlərdə MDU-nun İqtisadiyyat və idarəetmə, Mühəndislik və Pedaqoji fakultələrini təmsil edən tələbə və magistrantlar, […]