Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib
2020-ci ilin 7 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə münasibətilə iclas iştirakçılarını təbrik edib və 44 gün davam edən döyüşlərdə universitetin tələbə, məzun […]