ADNSU Mingəçevir Dövlət Universitetinin tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir
Ölkəmizin qocaman və qabaqcıl ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən Mingəçevir Dövlət Universitetinə (MDU) mühəndislik, energetika, mexanika, informasiya texnologiyaları və digər sahələri əhatə edən 117 adda və 142 nüsxədə kitab hədiyyə edilib. Universitetlər arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində təqdim olunan dərslik və dərs vəsaitləri MDU-da ilk növbədə Mühəndislik […]