Mingəçevir Dövlət Universitetinin tələbələri Mingəçevirdə yerləşən İstilik Elektrik Stansiyasına səfər ediblər
2024-cü il 11 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə tələbələrin İstilik Elektrik Stansiyasına (İES) növbəti maarifləndirici səfəri baş tutub. Səfərin əsas məqsədi tələbələrin enerji istehsalı, ekoloji təsirlər və müasir texnologiyalar haqqında biliklərini artırmaq, eləcə də nəzəri biliklərin praktikada tətbiqini müşahidə etmələrini təmin etmək olub. Səfər zamanı “Azərbaycan Elmi-Tədqiqat və […]