Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüşüb

2021-ci ilin 13 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Tələbə Gənclər Təşkilatının bir qrup fəal üzvü ilə görüş keçirib. Universitetin Tələbə Gənclər Təşkilatının ötən ilki təqdirəlayiq fəaliyyətinə görə “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görüldüyünü diqqətə çatdıran rektor MDU ailəsinin gənc üzvlərinin 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə, eləcə də […]

Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatorunu qəbul edib

14 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin strukturunda yeni yaradılmış Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) koordinatoru Minayə Hüseynovanı qəbul edib. Qəbulda rektor müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən şanlı qələbədən danışıb. Ölkəmizdə şəhidlərin əziz xatirəsinin böyük ehtiramla anıldığını, dövlətimiz tərəfindən şəhid ailələrinə […]

Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları COVID-19 əleyhinə peyvənd olunublar

2021-ci ilin 15 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup gənc əməkdaşı Azərbaycan Respublikası Təhsil Nazirliyinin #TəhsilÜçünVaksinasiya kampaniyasına qoşularaq könüllü şəkildə birinci doza vaksinasiya prosesindən keçiblər. Qeyd edək ki, MDU-da, ilk növbədə, yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid universitetin əməkdaşları mərhələli şəkildə peyvənd olunublar. […]

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı Vüqar Bayramov olub

2021-ci ilin 12 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşün qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) yaradıcısı Vüqar Bayramov olub. “Zəfərdən quruculuğa: Qarabağın iqtisadi potensialı və perspektivlər” mövzusunda keçirilən görüşün moderatoru olan MDU-nun rektoru […]

Mingəçevir Dövlət Universiteti və Qazi Universitetinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

2021-ci ilin 6 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın dahi şairi və türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş birgə konfrans keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın açılışında çıxış edən Qazi Universitetinin prorektoru Bekir Buluç, ilk növbədə, təmsil etdiyi universitetin […]

Mingəçevir Dövlət Universitetinin bir qrup fəal gənci şəhidlər bulağının açılışında iştirak ediblər

2021-ci ilin 5 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Hərbi Vətənpərvərlik Klubunun fəal üzvləri Vətən müharibəsində şəhid olmuş Tural Həsənov və Musa Həsənov qardaşlarının xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər. Şəhər ictimaiyyətinin iştirak etdiyi açılış mərasimində MDU-nun tələbə gəncləri şəhid qardaşların xatirəsinə tikilmiş bulağa gül dəstələri düzüb və […]

Mingəçevir Dövlət Universitetində UNEC ilə əməkdaşlıq çərçivəsində “Şəbəkədə təhlükəsizlik tədbirləri” mövzusunda təlim keçirilib

2021-ci ilin 2 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq çərçivəsində MDU-nun tələbə və magistrantları üçün “Şəbəkədə təhlükəsizlik tədbirləri” mövzusunda təlim keçirilib. Təlimçi, UNEC-in Elektron idarəetmə mərkəzinin əməkdaşı Həsən İsmayılov Şəbəkə təhlükəsizliyinin önəmindən bəhs edib. Texnologiyaların sürətlə inkişaf etdiyi hazırki dövrdə “viruslar”, “spamlar”, “cyber” hücumların sürətlə artdığını vurğulayan […]

Mingəçevir Dövlət Universiteti və Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib

2021-ci ilin 2 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Kiyev Milli İqtisadiyyat Universiteti (Kiev National Economic University – KNEU) arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirə MDU-nun tələbələri, magistrantları, eləcə də akademik və inzibati heyət üzvləri üçün nəzərdə tutulub. KNEU-nun “Maliyyə” kafedrasının dosenti Tetyana Jiber “Dövlət maliyyəsi […]

Mingəçevir Dövlət Universiteti “YAŞAT” Fonduna ianə edib

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 19 mart 2021-ci il tarixli müvafiq qərarına əsasən universitetin hesabından Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 10 (on) min manat vəsait köçürülüb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış “YAŞAT” Fondunun əsas […]

Mingəçevir Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş konfrans keçirilib

31 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş “31 Mart faciəsi insanlığa qarşı soyqırım cinayətidir” mövzusunda konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov 1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım aktlarından, Bakıda, Qarabağda, Şamaxıda, Qubada və […]