Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2021-ci ilin 27 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb. Gündəliyə uyğun olaraq iclasda, “Tədrisin keyfiyyətinin mövcud vəziyyəti haqqında”, “Pedaqoji fakültənin fəaliyyəti haqqında”, “Dövlət imtahanı, buraxılış işi və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti […]

Mingəçevir Dövlət Universitetində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

24 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsinin tərkibində fəaliyyət göstərən “Xarici dillər” kafedrasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil edilən tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının və Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim kollektivi üzvləri də qonaq qismində […]

Mingəçevir Dövlət Universitetində “Gəl layihə yazaq!” adlı təlim keçirilib

2021-ci ilin 23-25 aprel tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Mingəçevir Dövlət Universiteti (MDU) Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Gəl layihə yazaq!” adlı təlim keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən və üç gün davam edən təlimdə MDU-nun müəllimi, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin koordinatoru Samrin Xanlayev  tələbələri maraqlandıran bir çox məqamlara […]

Mingəçevir Dövlət Universitetinin tələbə və müəllim kollektivi üzvləri şəhidlərimizin əziz xatirəsini yad ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim heyəti üzvü mingəçevirli Vətən müharibəsi şəhidləri Elmar İbrahimov və Fuad Xankişiyevin adına tikilən bulaqların açılışında iştirak edib. Qəhrəman şəhidlərimizin adını daşıyan bulaqların açılış mərasimlərində vətənpərvərlik mövzusunda şeirlər səsləndirən MDU-nun tələbə gəncləri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda canlarını fəda etmiş igid Azərbaycan övladlarının əziz xatirəsini böyük […]

Mingəçevir Dövlət Universitetində xaricdə təhsil imkanları barədə infosessiya keçirilib

2021-ci ilin 7 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində İspaniya Krallığının Valladolid universitetinə tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi ilə bağlı infosessiya təşkil olunub. “ZOOM” platforması üzərindən onlayn formatda keçirilən infosessiyada MDU-nun tələbə və magistrantları iştirak edib. İnfosessiya zamanı universitetin Beynəlxalq əməkdaşlıq ofisinin mütəxəssisləri Samirə Əhmədova və Sənan Mehdi “Erasmus+” mübadilə […]

Mingəçevir Dövlət Universitetində startap təlimi keçirilib

2021-ci ilin 10 aprel tarixində, Mingəçevir Dövlət Universitetinin (MDU) “Seed” Tələbə Startap Mərkəzi və Mingəçevir Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Simbioz” Texnoloji Biznes İnkubatorun təşkilatçılığı ilə “Qənaətcil startap metodologiyası və terminologiyası” mövzusunda təlim keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda keçirilən təlimdə çıxış edən İnnovasiyalar Agentliyinin Startaplara dəstək şöbəsinin əməkdaşı, “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin koordinatoru Camal […]

Mingəçevir Dövlət Universitetin rektoru Şahin Bayramovun “Facebook” səhifəsində paylaşımı

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri! Əziz tələbələr, magistrantlar və məzunlar! Bu gün dogma universitetimizin əsasının qoyulmasından 30 il ötür. Belə ki, 1991-ci ilin 23 aprel tarixində indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mingəçevir filialı təsis olunub. Müxtəlif dövrlərdə Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adları ilə fəaliyyət göstərib. Azərbaycan […]

Mingəçevir Dövlət Universitetində “Davamlı və rəqabətqabiliyyətli iqtisadiyyat: Milli Prioritetlər və strateji hədəflər” mövzusunda elmi seminar keçirilib

22 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Davamlı və rəqabətqabiliyyətli iqtisadiyyat: Milli Prioritetlər və strateji hədəflər” mövzusunda elmi seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən seminarı giriş sözü ilə açan universitetin rektoru Şahin Bayramov müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan əsgərinin sayəsində qazanılan tarixi zəfərdən sonra ölkəmizin inkişafında yeni dövrün […]

Mingəçevir Dövlət Universitetində Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş nəzəri-praktiki seminar keçirilib

22 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Fizika və ekologiya” kafedrasının nəzdində fəaliyyət göstərən “Ekologiya” tələbə elmi dərnəyinin təşkilatçılığı ilə Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş “Yer kürəsi ümumi evimizdir” mövzusunda nəzəri-praktiki seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən seminarda çıxış edən MDU-nun prorektor əvəzi Veysəl Əyyubov ətraf mühitin və ekoloji […]

Mingəçevir Dövlət Universiteti və Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib

2021-ci ilin 16 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Kiyev Milli İqtisadiyyat Universiteti (Kiev National Economic University – KNEU) arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirə məxsusi olaraq KNEU tələbələri, magistrantları, eləcə də akademik və inzibati heyət üzvləri üçün nəzərdə tutulub. ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language […]