Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər

2021-ci ilin 8 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü universitetin 44 günlük Vətən Müharibəsində şəhid olan məzunu Əzəmi Hüseynovun xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər. Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının və qazilərin də iştirak etdiyi açılış mərasimində MDU-nun qəhrəman məzununun adını daşıyan bulağa gül dəstələri düzülüb və […]

Mingəçevir Dövlət Universitetində 9 May – Qələbə Gününə həsr olunan konfrans keçirilib

2021-ci ilin 8 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) faşizm üzərində Qələbənin 76-cı ildönümünə həsr olunmuş “Faşizm üzərində Qələbə milli tariximizin qəhrəmanlıq dastanıdır” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, əlamətdar tarixi gün münasibətilə universitetin professor-müəllim, inzibati və texniki […]

Ramazan bayramı münasibətilə Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib

2021-ci ilin 7 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri Ramazan bayramı münasibətilə MDU-nun bir qrup əməkdaşını ailələrində ziyarət ediblər. Ömürlərinin böyük hissəsini MDU-nun uğurlarına sərf etmiş Ofeliya Məmmədova, Solmaz Əliyeva, Əbülfət Ədilov və digər əməkdaşlarla görüşən HİK üzvləri onları qarşıdan gələn Ramazan bayramı münasibətilə MDU-nun rektoru Şahin Bayramovun və bütün […]

Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib

2021-ci ilin 8 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Dahi azərbaycanlı” sənədli filmi nümayiş etdirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən filmin nümayişində MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Ulu öndərin zəngin ömür yolundan bəhs edən filmdə dahi şəxsiyyətin uşaqlıq […]

Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib

2021-ci ilin 7 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktik seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan seminarı  giriş sözü ilə açan MDU-nun prorektor əvəzi Veysəl Əyyubov, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində düşmən tapdağından azad olunmuş torpaqlarımızda ekoloji […]

Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib

2021-ci ilin 7 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev – müasir gənclər siyasətinin banisi” mövzusunda tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbiri giriş sözü ilə açan MDU-nun “Humanitar fənlər” kafedrasının müdiri Esmira […]

Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) tələbə və magistrantlar üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş mühazirələr keçirilib. 2021-ci ilin 6 və 7 may tarixlərində “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirələrdə MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Mirzə Cavadov “Heydər Əliyev: Zirvələri fəth edən nadir şəxsiyyət” mövzusunda, baş müəllim […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

2021-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Qəhrəman şəhidlərimizlə qürur duyduqlarını bildirən MDU əməkdaşları layiqli və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramlarını bildirib, onları qarşıdan gələn Ramazan Bayramı münasibətilə təbrik ediblər. Şəhidlərin ailə üzvləri onlara göstərilən […]

Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb

2021-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünə layiq görülən universitetin Mühəndislik fakültəsinin ikinci kurs tələbəsi Pərvin Əhmədov ilə görüşüb. Görüşdə MDU-nun Həmkarlar Təşkilatının sədri Ariz Abbasov və Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva da iştirak ediblər. Adlı təqaüdün hər […]

Mingəçevir Dövlət Universiteti ilə Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq inkişaf edir

2021-ci ilin 3 may tarixindən etibarən Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup tələbəsi və gənc müəllimi Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) İqtisadi və idari bilimlər fakültəsində bakalavriat səviyyəsində tədris olunan onlayn dərslərə qoşulublar. “Google Meet” platforması üzərindən keçirilən dərslərdə iştirak edən MDU-nun tələbə və akademik heyət üzvləri AHBVU-nun dosenti Cemalettin […]