Browsing author

Nazim Niftəliyev

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, jurnalist

Mingəçevir Dövlət Universitetinin bir qrup kollektiv üzvü Bərdə Şəhidlər Xiyabanını ziyarət edib

2021-ci ilin 15 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik, inzibati və tələbə heyəti üzvü universitetin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Bərdə şəhərində Şəhidlər Xiyabanını ziyarət edib. Əzəli torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri qoyulub, onların əziz xatirələri […]

Mingəçevir Dövlət Universitetində “Tyutor xidməti” təliminə start verilib

2021-ci ilin 13 iyul tarixindən etibarən Mingəçevir Dövlət Universitetində (MDU) “Tyutor xidməti” təliminə start verilib. İyul ayının 18-nə qədər davam edəcək altı günlük  təlim proqramı çərçivəsində bu günə qədər MDU-nun akademik və inzibati heyət üzvləri tərəfindən üç təlim baş tutub. İlk təlim günündə giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov son dövrdə universitetin […]

Mingəçevir Dövlət Universitetində ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

13 iyul 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş “Azərbaycanda 1969-cu il 14 iyul tarixindən başlayan Heydər Əliyev əsri” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Konfransı […]

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının iclası keçirilib

13 iyul 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil olunan iclası giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov 2020/2021-ci tədris ilinin müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarixi zəfərin qazanılması və respublikamızda bir […]

Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı Zəyəm Texnologiyalar Parkını ziyarət edib

12 iyul 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Mingəçevir Peşə Məktəbinin bir qrup akademik, inzibati və tələbə heyəti üzvü Şəmkir şəhərində yerləşən “Zəyəm Texnologiyalar Parkı” ASC-də (ZTP) infoturda olublar. İnfotur zamanı ziyarətçilər, “Azmade Group” MMC-yə daxil olan ZTP-də emal, yığım və torna sexlərinin iş prosesləri, müasir texnoloji avadanlıqları və onlardan istifadə qaydaları ilə yaxından […]

Mingəçevir Dövlət Universitetində Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş mühazirə keçirilib

2021-ci ilin 12 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş “Böyük qələbənin müjdəçisi: iyul 2020-ci il Tovuz döyüşləri” mövzusunda mühazirə keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən düz bir […]

Mingəçevir Dövlət Universitetində yeni müdafiə edən əməkdaşlarla görüş keçirilib

6 İyun 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə edən universitetin dörd əməkdaşı – Flora Namazova, Səadət Şıxaliyeva, Pərvin Hüseynova və Vüqar Məmmədli ilə görüşüb. Cari ilin may-iyun aylarında müxtəlif elm sahələri üzrə universitetin bir əməkdaşının elmlər doktoru və […]

Mingəçevir Dövlət Universitetinin aliminin məqaləsi nüfuzlu elmi jurnalda dərc edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) dosenti Nüşabə Qədimlinin həmmüəlliflərlə birgə yazdığı elmi məqalə ABŞ-ın Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun “Journal of The Eastern European and Central Asian Research” jurnalının 2021-ci il, 8-ci cild, 2-ci buraxılışında dərc edilib. MDU əməkdaşının “İqtisadi şok zamanı Azərbaycanın iqtisadi inkişafında fiskal siyasətin səmərəliliyi və risklər” (İngilis dilində: “Fiscal policy effectiveness […]

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin 03 iyun – 05 iyul tarixlərində keçirilən imtahan sessiyası uğurla yekunlaşıb. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən online qaydada (məsafədən) şifahi formada təşkil olunub. Sessiya müddətində bakalavriat səviyyəsində 109 qrupda təhsil alan 1961 tələbə ümumilikdə 628 imtahanda iştirak edib. Tam əksəriyyət tələbələrin […]

Mingəçevir Dövlət Universitetinin rektoru magistrant məzunlarla görüşüb

2021-ci il 5 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari tədris ilində universitetdən məzun olan magistrantlarla görüş keçirib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə Ş.Bayramov, ilk növbədə, magistratura təhsil səviyyəsini uğurla başa çatdırdıqları üçün məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib. Pandemiya dövrünün mövcud çətinliklərinə baxmayaraq universitetin çoxşaxəli həyatında, […]