Mingəçevir Dövlət Universitetində Anım Günü qeyd olunub
27 sentyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Anım Günü qeyd edilib. Anım Günü çərçivəsində MDU-da Mingəçevir Şəhidlər Xiyabanına ziyarət, elmi-praktiki konfrans, onlayn mühazirələr və ağacəkmə aksiyası təşkil edilib. İlk növbədə, Şəhidlər Xiyabanını ziyarət edən universitetin bir qrup tələbə və müəllim kollektivi üzvü ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın […]